“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu

Futbol üzrə Türkiyə Super Liqasının 33-cü turunda lider “Qalatasaray” liqa cədvəlində ikinci sırada iştirak edən “Başakşehir” klubunu 2:1 hesabıyla məğlub edərək çempion olub.

Sarı-qırmızılı komanda bu qələbə nəticəsində tarixində 22-ci dəfə çempionluq zirvəsinə yüksəldi.

Türkiyədə bu ilin surpriz komandası “Başakşehir” uzun müddət birinci yerdə getsə də son 5 turda xal itkisinə məruz qalaraq çempionluğu qaçırdı.

Bundan istifadə edən “sarı-qırmızılar” əvvəlcə liderə çatdı, son qarşılaşmada isə rəqibi  məğlub  ediblər.  Başakşehir isə 66 xalda qalıb.