Paşinyan: "Təkcə bir keçmiş məmurun İrəvanda 250 əmlakını aşkarlamışıq"

Paşinyan: "Təkcə bir keçmiş məmurun İrəvanda 250 əmlakını aşkarlamışıq"
10 May 2019
Mətni dəyiş
Bu gün İrəvanda keçirdiyi mətbuat konfransında çıxış edən baş nazir Nikol Paşinyan deyib ki, "Keçmiş yüksək rütbəli məmurlardan birinin İrəvanın mərkəzində 250-dən çox daşınmaz əmlakı ortaya çıxıb - onun əmlaklarından bir hissəsi bələdiyyələrdə fəaliyyət göstərən uşaq bağçaları olub. Əgər yanılmıramsa hüquq-mühafizə orqanlarının birində bu uşaq bağçaları ilə bağlı təhqiqat gedir". Bu haqda "Jamanak" qəzeti məlumat yayıb. Daha əvvəl, Ermənistanda fəaliyyət göstərən "Hetq.am" xəbər portalı 1990-cı illərdə ölkə müstəqillik qazandıqdan sonra İrəvanın mərkəzində məmurlar tərəfində özəlləşdirilmiş 14 uşaq bağçasının bağlandığı haqda araşdırma aparmışdı. Bağlanılmış uşaq bağçalarının ərazisi İrəvanın Kentron rayonunun keçmiş rəhbəri və keçmiş İrəvan meri Qaqik Beqlaryanın özünün, oğlunun və atasının mülkiyyətinə keçibmiş. Hal-hazırdı prokurorluq cinayət faktını öyrənməklə məşğuldur. Jurnalistlər deyir ki, ola bilsin Paşinyan məhz bu məmurdan danışıb. Paşinyan öz fikirlərinə əlavə edir ki "Mən keçmiş yüksək rütbəli məmurun haqqında sensassiyalı fakt öyrəndim, ola bilsin mən rəqəmlərlə bağlı yanılıram, ancaq İrəvanın kiçicik mərkəzində 250 əmlak sahibi olmaq nə deməkdir? Onun hərəkətləri cinayət işinin mövzusuna çevrilib. Bu əmlaklar həmin məmurdan deklarasiya tələb olunmayan vaxt ələ keçirilib: ancaq mən dedim ki, biz ondan haqq-hesab tələb etmək üçün bir yol tapmalıyıq " - deyə Paşinyan çıxışında bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun