İki separatçı lider Koçaryanla bağlı prokurorluğa müraciət edib

İki separatçı lider Koçaryanla bağlı prokurorluğa müraciət edib
9 May 2019
Mətni dəyiş

Qondarma Dağlıq Qarabağ Respublikasının indiki və əvvəlki başçıları Bako Saakyan və Arkadi Qukasyan Ermənistanın baş prokuroruna Robert Köçəryanla bağlı müraciət ediblər.

Bu haqda Qondarma Qarabağ Respublikasının prezident aparatının rəhbəri David Babayan Azadlıq Radiosunun erməni xidmətinə deyib.

Saakyan və Qukasyan Qarabağ müharibəsində xidmətlərinə, Şuşanın alınmasında xidmətlərinə və 9 may faşiz üzərində qələbənin ildönümünə görə Robert Koçaryanla bağlı həbs qəti imkan tədbirinin dəyişdirilməsini istəyiblər.

Onlar 9 mayda Qarabağa rəhbərlik etmiş bütün şəxslərin qələbə bayramında iştirak etdiyini də vurğulayaraq. Bu il Koçaryanın orda iştirak etməməsinin məyusluq oyatdığını deyiblər.

Həmçinin Saakyala Qukasyan keçmiş prezidentin azad olunması halında onun üçün istənilən ictimai zəmanəti verə biləcəklərini də deyiblər.

Xatırladaq ki, Robert Koçaryan 1 mart 2008-ci ildəki hadisələr zamanı konistutisyon quruluşu zorla devirmək və xüsusi böyük miqdarda rüşvət almaq ittihamları ilə keçən ilin 7 dekabrından həbs olunub.

Koçaryan və üç keçmiş yüksək rütbəli məmura qarşı açılmış cinayət işi məhkəməyə verilib.

Ermənistanın baş prokurorluğu isə Saakyan və Qukasyanın müraciətinə cavabında bildirib ki, Koçaryanın həbsdən azad edilməsi artıq prokurorluğun səlahiyyətlərindən kənardadır, çünki cinayət işi artıq məhkəməyə göndərilib və prokurorluq heç cürə məhkəməyə təsir edə bilməz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun