Hollandiya 44 ildən sonra ilk dəfə Eurovision mahnı müsabiqəsinin qalibi olub [video]

Hollandiya 44 ildən sonra ilk dəfə Eurovision mahnı müsabiqəsinin qalibi olub [video]
19 May 2019
Mətni dəyiş
"Eurovision-2019"-un qalibi Hollandiya təmsilçisi Dunkan Lorens olub. Bu 41 ölkədən olan jüri heyətinin və bütün Avropadakı tamaşaçıların ümumi səslərinin nəticəsidir. Müsabiqənin nəticəsi İsrail paytaxtı Tel-Əvivdə, mayın 19-da elan edilib. Lorens müsabiqəni "Arcade" adlı musiqi balladası ilə udub.  Bu Hollandiyanın son 44 ildə Eurovisionda ilk qalibiyyəti idi. Son dəfə Hollandiya müsabiqədə 1975-ci ildə qalib olub. [embed]https://www.youtube.com/watch?v=0F_FrLDpt30[/embed] Almaniyanın məşhur "Deutsch Welle" radiosu xəbər verir ki, Holland təmsilçisinin oxuduğu "Arcade" mahnısının uğuru mürəkkəb texniki effektləri olmamasından doğa bilərdi. Buna sübut kimi Avstraliya təmçilçisi Keyt-Miller-Heydkenin "Zero gravity" mahnısını göstərmək olar. Bu mahnını müğəmmi iki bek-vokalistlə birgə oxuyub və mahnı mürəkkəb eniş-çıxışları olan bir mahnıdır. Bukmeykerlər bu mahnını yüksək yerə layiq görsələr də o 9-cu yerə çıxıb. İtaliya təmsilçisi Alessandro Mahmud isə müsabiqədə ikinci yerə çıxıb. Onun mahnısı bu il San-Remo festivalında qalibi olub, "Soldi" adlanan mahnı atayla mürəkkəb münasibətdən bəhs edir. Rusiya nümayəndəsi Serqey Lazerev isə öz ölkəsinin 2016-cı ildəki nəticəsini təkrarlayıb, üçüncü yerə çıxıb. Tamaşaçılar və jüri Lazerevin mahnısı zamanı qurulmuş səhnəni yüksək qiymətləndiriblər. Müsabiqənin onluğuna aid olan qalan ölkələr isə 4. İsveçrə (Luka Henii) 5. Norveç (KEiiNO trio) 6. İsveç (Con Lundvik) 7. Azərbaycan (Çingiz Mustafayev) 8. Şimali Makedoniya (Tamara Todevskaya) 9. Avstraliya (Keyt Miller-Heydke) 10. İslandiya (Hatari) Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb. Azərbaycanlı ifaçı Çingiz Mustafayev “Truth” (həqiqət) mahnısı ilə yarışmanı 7-ci sirada başa vurub. Qeyd edək ki, müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da başa çatıb. Müsabiqə 64-cü dəfədir təşkil edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun