Estononiyalı nazir Ukraynaya görə Rusiyaya daha bir sankisya qoyulmasını istəyir

Estononiyalı nazir Ukraynaya görə Rusiyaya daha bir sankisya qoyulmasını istəyir
10 May 2019
Mətni dəyiş
Estoniyanın Xarici İşlər Naziri Urmas Reynsalu Brüsseldə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsi məsələsini qaldırıb. Bu haqda o "Eesti Päevaleht" qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə Rusiya qonşu ölkələrinə qarşı güc tətbiq etditi və aqressiv münasibət göstərdiyi üçün yeni sanksiyalara layiqdir. Bundan əlavə eston nazir düşünür ki, Moskvanın Ukrayna əhalisi olan donbasslılara öz pasportunu verməsinə də layiqli cavab olar. Bundan öncə Rusiya qondarma Luqansk Xalq Respublikasının əhalisinə rus pasportları paylamağa başlamışdı. Estoniyalı nazirin təklifi mayın 14-də Avropa XİN başçılarının toplantısında müzakirə olunacaq. Xatırladaq ki, bundan öncə Ukrayna höküməti Rusiya Federasiyasının Donbass bölgəsinin xalqına verdiyi pasportları tanımayacağını bəyan etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun