'Bakıdakı oyunda Mxitaryanın üzünü əks etdirən maskalar taxılacaq'

'Bakıdakı oyunda Mxitaryanın üzünü əks etdirən maskalar taxılacaq'
21 May 2019
Mətni dəyiş

Arsenal azarkeşləri Bakıda keçiriləcək Avroliqanın finalında Ermənistan milli komandasının oyunçusu Henrix Mxitaryanın üzünü əks etdirən maskalar taxacaqlar.

Bu barədə "Armenpress" saytı xəbər yayıb. Məlumata görə, “kanonirlər”in ən fəal azarkeş klubu olan Canon Crested, Mxitaryanın Bakıda təhlükəsizliyinə təminat verilməməsinə etiraz olaraq 'Twitter'də açıqlama yayıb.

Müraciətdə deyilir ki, əgər Arsenal Bakıya Mxitaryansız gedərsə, o zaman Mxitaryanın üzünü əks etdirən maskalar hazırlanacaq, stadiondakı 6 min azarkeşə paylanılacaq, 7-ci və 77-ci dəqiqələrdə 6 min azarkeşin eyni anda ayağa qalxması təşkil ediləcək.

"The Times"ın xəbərinə görə, ehtimal olunur ki, Londonun Arsenal klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryan 29 mayda Bakıda keçiriləcək Chelsea ilə oynanılacaq Avroliqanın final matçında iştirak etməyəcək.

Arsenalın erməni futbolçunu təhlükəsizlik səbəbləri ilə Azərbaycana aparmayacağı gözlənilir.

Mənbənin məlumatına əsasən, klub hesab edir ki, vəziyyət komanda və onun heyətinin diqqətini oyundan yayındıra bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun