Azərbaycanlı alpinist dünyanın ən yüksək zirvələrindən birinə qalxıb [foto]

Azərbaycanlı alpinist dünyanın ən yüksək zirvələrindən birinə qalxıb [foto]
23 May 2019
Mətni dəyiş

İsrafil Aşurlu, Aleksandr Telnov və Zakra Larokdan ibarət alpinist üçlüyü mayın 22-də Nepal vaxtı ilə səhər saat 6:00-da dünyanın ən yüksək zirvələrindən biri Lhotzeyə (8516 metr) qalxıb.

“Turan” agentliyinin məlumatına görə, gecə 7800 metr yüksəklikdəki həmlə düşərgəsindən çıxan alpinistlər zirvəyə səhər saat 6:00-da çatıblar. Saat 10:00-a yaxın alpinistlər həmlə düşərgəsinə geri dönüblər və hazırda dincəlirlər.

Alpinistlərin baza düşərgəsinə (5600 metr) sabah dönəcəkləri gözlənilir.

Bu, Azərbaycandan olan alpinistlərin həmin səkkizminliyə ilk ekspedisiyasıdır. İndiyədək İsrafil Aşurlu dünyanın ən yüksək zirvəsi Everestə (8848 m.) və Kantencanqaya (8596 m.) qalxıb.

İdman ustası, sahibkar İsrafil Aşurlu Azərbaycan Alpinist Klubunun təsisçisidir. Bundan öncə Azərbaycan Alpinizm Federasiyasına rəhbərlik edib.

İsrafil Aşurlu Lhotze zirvəsinə qalxmaq üçün mayın əvvəlindən Nepaldadır.

İsrafil Aşurlu ən çox titula sahib Azərbaycan alpinistidir. 2007-ci ildə ilk azərbaycanlı olaraq, Everesti (8848 m) və 2011-ci ildə Himalayın digər nəhəngini - Kantencanqanı (8586) fəth edən alpinistdir.

6 il ərzində Aşurlı Azərbaycan Alpinizm Federasiyasına rəhbərlik edib, amma Azərbaycanın keçmiş Ekologiya və İdman nazirliklərinin rəhbərliyi tərəfindən illər boyu davam edən sabotaj və təzyiq nəticəsində 2014-cü ildə bu vəzifəni tərk edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun