Azərbaycanda qadınların 32,1%-i kişilər tərəfindən zorakılığa məruz qalır

BMT-nin Azərbaycandakı təmsilçiliyi “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı tədqiqat hesabatının təqdim edib. Report.az bu haqda təqdimat mərasimindən xəbər verib.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai hesabatın təqdimatı zamanı deyib ki, BMT qadın zorakılığının əsas səbəblərini araşdırmağa çalışır: “Bunun üçün biz 2008-ci ildə araşdırma aparmışıq. Nəticələr isə iqtisadi inkişafa zərbə kimi qiymətləndirilib. Nəticəyə görə, Azərbaycanda keçirilən gender əsaslı zorakılıq üzrə ilk tədqiqatın, cinsi partnyoru olmuş bütün qadınların 15%-i həyatlarının müəyyən məqamlarında cinsi partnyorun fiziki zorakılığəna məruz qalırlar.

Qulam İshaqzai həmçinin deyib ki, yaxın illərdə Azərbaycanda qadına qarşı zorakılıq iki dəfəyə qədər artıb.

“2016-cı ildə aparılan nəticələrə görə isə bu rəqəmlərdə artım müşahidə edilib. Yekun nəticədə kişilərin 32,5%-nin zorakılıq törətməsi, qadınların isə 32,1%-nin zorakılığa məruz qalma halları qeydə alınıb. Nəticələr isə iqtisadi inkişafa zərbə kimi qiymətləndirilib. Zorakılığı törədən insanlar anlamalıdırlar ki, bu, bütün cəmiyyətə təsir edir. Bütün dünya ölkələrində zorakılıq törədən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün layihələr hazırlanır. Həmin insanların cəzalandırılması digər qadınların təhlükə hissini azaldacaq. Çünki insanlar özlərini təhlükəsiz hiss etdikdə onların sosial fəaliyyətləri daha da artır. Əksinə daim təhlükədə və zorakılıq riski ilə qarşı-qarşıya qaldıqda isə bu təbii olaraq bütün ölkələrin iqtisadi vəziyyətini zərbə altında qoyur. Bizim məqsədimiz bütün qadın və qızların özlərini təhlükəsiz sosial mühitdə hiss etməsini təşlik etməkdir. Ailə Qadın və Uşaq Problemləri üzrə komitə ilə əməkdaşlıq çərçivəsində aparılan tədqiqatlar davam edir. Növbəti tədqiqatın nəticələri 2020-ci ilin birinci rübündə açıqlanacaq”. – deyə İshaqzai bəyan edib.