Avroviziya musiqi musabiqəsinin yarımfinalına 10 ölkə çıxıb

Avroviziya musiqi musabiqəsinin yarımfinalına 10 ölkə çıxıb
15 May 2019
Mətni dəyiş

Mayın 14-də Avroviziya 2019 Mahnı Müsabiqəsinin ilk yarımfinalı keçirilib. Belarus və Serbiya daxil 10 ölkə finala çıxıb.

Ümumilikdə birinci yarımfinala 17 ölkə qatılmışdı.

İkinci yarımfinal mayın 16-da keçiriləcək. Azərbaycanı yarımfinalda Çingiz Mustafayev təmsil edəcək.

Müsabiqənin finalı mayın 18-də olacaq.

Avropanın beş əsas ölkəsi və ev sahibi İsrail birbaşa finala qatılacaq. Beləliklə, finalçıların ümumi sayı 26 olacaq.

Avroviziya ilk dəfə 1956-cı ildə, 2-ci Dünya müharibəsindən sonra Avropanı birləşdirmək məqsədilə təşkil olunub.

Bu gün bu müsabiqəni bütün dünyada 200 milyonadək tamaşaçı izləyir. Müsabiqənin ABBACeline Dion kimi qalibləri sonrada dünya ulduzlarına çevrilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun