Yezidi icması İŞİD-in zorladığı qadınları və uşaqlarını qəbul etməyə qərar verib

Yezidi icması İŞİD-in zorladığı qadınları və uşaqlarını qəbul etməyə qərar verib
26 Aprel 2019
Mətni dəyiş
İraqda yaşayan yezidi xalqı İŞİD-çilərin zorladığı yezidi qadınların dünyaya gətirdiyi uşaqlarla bağlı uzun mübahisələrdən sonra yekun qərara gəliblər. Yezidilərin Ali Ruhani Məşvərəti müharibə vaxtı əsir alınaraq cinsi istismara mərzu qoyulan yezidi qadınları və uşaqları öz icmalarına yenidən qəbul etməyə qərar verib. Bu haqda ingilislərə məxsus "Independent" qəzeti Yezidi icması ilə reportajında məlumat yayıb. İraqdakı Yezidi icmasının lideri Eido Baba Şeyx bu vəziyyətdəki qadınların və onların uşaqlarının cəmiyyətdən çıxdaş edilməyəcəyini və icmanın bir üzvü olaraq qalacağını qəbul etdiklərini bildirirb. Əsirlikdən qurtulan xeyli sayda yezidi qadın İraqdakı icmalarının onları qəbul etməməsi ucbatından uşaqlarını Suriyada qoymağa məcbur edildiklərini demişdilər. Yezidilərin sıx yaşadığı İraqın Sincar vilayəti 2014-cü ildə İŞİD tərəfindən ələ keçirilib. İŞİD burda soyqırım törətmək məqsədiylə minlərlə insanı öldürmüş, xeyli sayda qadını və qız uşağını isə cariyə kimi özləriylə aparmışdı. Ancaq İŞİD-in məğlubiyyəti ilə əsirlikdən azad olunan və yaşadıqları yerlərə qayıdan yezidi qadınlar öz icmaları tərəfindən çıxdaş edilməyə başlamışdı. Günümüzdə hələ də İŞİD-in qaçırdığı 3 minə qədər yezidi qadının itkin olduğu bilinir. Ailələrindən qoparılan yezidi qız uşaqları İŞİD ailələrinə övladlığa verilib, bəzi oğlan uşaqları isə İŞİD tərəfindən müharibədən döyüşçü kimi istifadə etmək üçün ideoloji təlimə cəlb olunub. Yezidilərə yardım məqsədiylə qurulmuş ABŞ təşkilatı olan "Yazda"nın rəhbəri Murat İsmayıl isə düşünür ki, yezidi liderlərinin verdiyi qərarlara baxmayaraq İŞİD üzvləri tərəfindən zorlanan qadınlar cəmiyyət tərəfindən qəbul olunmur. O bir çox yezidi qadının başqa ölkələrə mühacirətə can atdığını yaşadıqları travmaları bu cürə yumuşaltmağa çalışdığını deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun