Ukraynada Zelenski və Poroşenko prezident seçkilərinin ikinci turuna çıxıblar

Ukraynada Zelenski və Poroşenko prezident seçkilərinin ikinci turuna çıxıblar
4 Aprel 2019
Mətni dəyiş

Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin prezident seçkilərinin nəticələrinə dair protokolların hamısını hesablayıb.

Ukraynanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, MSK-nın nəticələrinə əsasən, aktyor və şoumen Vladimir Zelenski liderliyini qorumaqda davam edir. O, seçkilərdə 30,24% səs toplayıb.

Rəsmi nəticələrə görə, ölkənin hazırkı prezidenti Pyotr Poroşenko 15,95% seçici səsi yığıb.

Digər namizəd - "Batkivşina" Partiyanın lideri Yuliya Timoşenko isə seçkilərdə 13,40% səslə 3-cü olub. Namizəd Yuri Boykoya seçicilərin 11,67%-i səs verib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun