Ukrayna Rusiya ilə istənilən hava nəqliyyatına qadağa qoyub

Ukrayna Rusiya ilə istənilən hava nəqliyyatına qadağa qoyub
4 Aprel 2019
Mətni dəyiş
Ukraynanın nazirlər kabineti ölkə təhlükəsizliyini qorumaq məqsədiylə Rusiyadan istənilən hava nəqliyyatına qadağa qoyub. Bu haqda Ukraynanın xəbər agentliyi "Unian" xəbər verir. Xəbərə görə Ukrayna ilə Rusiya ilə arasında mütəmadi təyyarə reysləri hələ 2015-ci ildə ləğv olunubmuş. İndi isə, iki ölkə arasında yük ya da sərnişin istənilən təyyarə uçuşuna Ukrayna tərəfindən qadağa qoyulub. Yeni qanuna görə iki ölkə arasında bütün çarter reysləri qadağan olunur. Təkcə BMT, ATƏT və Qırmızı Xaçın hava reyslərinə icazə verilir. Bu barədə qərarı Ukrayna höküməti müxalifət nümayəndələri və prezidentliyə namizəd Yuri Boykonun və "Həyat üçün - Müxalif platforma"sı partiyasının sədri Viktor Medvedçukun təyyarə ilə Moskvaya uçuşu nəticəsində verib. "Boyko qanunlarımızdakı boşluqdan istifadə edərək, Rusiya Federal Təhlükəsizlik Xidmətinin də icazəsini alaraq Kiyevdən Moskvaya birbaşa uçub, aqressor ölkənin baş naziri ilə görüşüb, danışıqlar aparıb" - deyə Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib. Nazirin sözlərinə görə bununla əlaqədar milli təhlükəsizliyi təmin etmək üçün ölkənin hava məkanını qorumağa qərar veriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun