Şri-Lanka terrorunu törədən qardaşlar zəngin ailənin uşaqlarıymış

Şri-Lanka terrorunu törədən qardaşlar zəngin ailənin uşaqlarıymış
24 Aprel 2019
Mətni dəyiş
Şri-Lankada ötən bazar günü törədilmiş, 321 nəfərin öldürüldüyü terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürüb. Hadisəni 7 nəfər intiharçının törətdiyindən şübhələnilir. Bu 7 nəfərin üçü isə sən də olduqca varlı bir ailənin üzvləri olub. Bu haqda ingilis "The Sun" qəzeti məlumat yayıb. Sən demə, Şri-Lankanın Kolombo əyalətində yaşayan milyoner ailəsindən olan İlham İbrahim, onun xanımı Fatimə və qardaşı İnsaf da terror aktı zamanı özlərini partladanlar arasında olublar. İnsaf İbrahim dörd uşağı ilə birlikdə dəyəri 1,5 milyon funt sterlinq olan, altı yataq otaqlı böyük villada yaşayıblar. Onların evi Colombonun ən varlı məhəlləsində yerləşirmiş. İnsaf əlli nəfərin çalışdığı bir fabrikin rəhbəri olub. Yerli xalqın dediyinə görə İlham və İnsaf qardaşlarının ataları Yunus İbrahim də milyonçu iş adamı olub. İbrahim qardaşlarının fotoları İŞİD terror təşkilatının terror aktı ilə bağlı yayımladığı videoda ortaya çıxıb. 36 yaşlı İlham İbrahim "Shangri La" otelindəki partlayışda əsas günahkarlardan biri hesab olunub. Onunla birgə hadisəni törədən Mouli Zahran Haşim isə həmin otelin ikinci mərtəbəsində bomba partladıb. İlhamın hamilə arvadı Fatimə isə polislər onların evlərinə hücum etdiyi vaxt özünü və üç uşağını, üç polis işçisi ilə birgə partladıb. 38 yaşlı İnsaf isə polisin məlumatına görə "Cinammon Grand Otel"i partladanlardan biri idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun