Siyasi məhbusların vaxtından əvvəl azadlığa buraxılması üçün ərizələr verilir

Siyasi məhbusların vaxtından əvvəl azadlığa buraxılması üçün ərizələr verilir
15 Aprel 2019
Mətni dəyiş
Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış dörd məhkum vaxtından əvvəl şərti azadlığa buraxılmaları haqqında xahişlə məhkəmələrə müraciət ediblər. Bu barədə "Hamısını azad et!" ictimai kampaniyasının təşəbbüskarlarından biri, hüquq müdafiəçisi Rəsul Cəfərov öz facebook hesabında yazıb bildirib. Onun sözlərinə görə, ötən həftə Baş Prokurorluğa və Penitensiar Xidmətə siyasi məhbusların azad edilməsi haqqında müraciətlər göndərildikdən sonra məhbuslar özləri onların vaxtından əvvəl azad edilməsinin hüquqi müxanizmlərindən istifadə etməyə başlayıblar. Xüsusən, "Səid Dadaşbəylinin işi" üzrə üç məhbus - Dadaşbəyli özü, Cahangir Kərimov və Ceyhun Əliyev vaxtından əvvəl şərti azadlığa buraxılmaları haqqında rayon məhkəmələrinə müraciət ediblər. Dadaşbəyli və Kərimovun 13,5 illik azadlıqdan məhrumetmə cəzalarının 1 il üç ayı qalıb. Hepatit-B-dən əziyyət çəkən Əliyevin isə 14 illik həbs cəzasının 1 il 9 ayı qalıb. Hər üçü cəzalarının 3/4-nü çəkdikləri üçün vaxtından əvvəl şərti azadlığa buraxılmalarını xahiş etmək hüququna malikdirlər. 2017-ci ilin sentyabrında üç il müddətinə azadlıqdan məhrum edilmiş "Azadlıq" qəzetinin regional müxbiri Ziya Əsədli də ərizə yazıb. O, cəzasının yarısından çoxunu çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılmaq hüququna malikdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun