Saakaşvili artıq Ukraynaya gəliş biletini aldığını deyir

Saakaşvili artıq Ukraynaya gəliş biletini aldığını deyir
22 Aprel 2019
Mətni dəyiş

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Mixail Saakaşvili aprelin 22-i, gecə Ukrayna televiziyasında yayımlanan videomüraciətində Ukraynaya gediş bileti aldığını bildirib.

O, gedişi ilə bağlı Ukrayna Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Sərhədd Xidmətinə ölkəyə girişinə qoyulmuş "qeyri-qanuni qadağa"nın götürülməsini istədiyini bildirib.

Saakaşvili "Naş. Maksi-TV" televiziyasında canlı yayımda çıxışı ilə bağlı deyib ki, "Mənim biletim var, Kiyevə gəlməyi çox istəyirəm. Mən adi bir Ukrayna vətəndaşı və Ukraynanın sıradan bir pərəstişkarı kimi böyük yenidənqurmanın bir parçası olmaq istəyirəm".

Saakaşvili həmçinin Zelensinin seçkidə qalibiyyətini "seçki inqilabı" adlandırıb və Ukrayna tarixində dönüş nöqtəsi hesab etdiyini deyib.

"İnsanlar təkcə Pyotr Poroşenkonun əleyhinə səs verməyiblər, onlar həm də bütün qocalmış siyasətçilərin əleyhinə səs veriblər. Onlar korrupsiyener sistemin, yalanın və alçaldılmanın əleyhinə səs veriblər" - deyə Saakaşvili bildirib.

Xatırladaq ki, Saakaşviliyə Ukraynaya gəlmək 2018-ci ilin fevralında Ukrayna məhkəməsi tərəfindən qadağan edilib. O ancaq 2021-ci ildə Ukraynaya gedə biləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun