Qazaxıstan turizm polisi yaradır: yerli qızları əcnəbilərdən qorumaq üçün

Qazaxıstan turizm polisi yaradır: yerli qızları əcnəbilərdən qorumaq üçün
1 Aprel 2019
Mətni dəyiş
Qazaxıstanda yeni polis növü, turist polisi yaradılıb. Bu haqda Mədəniyyət və İdman nazirinin müavini Erlan Kojaqapanov mediaya açıqlamasında bildirib. Nazir müavinin sözlərinə görə turizm polisi Turizm Nazirliyi ilə Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə Qazaxıstanda 2019-2025-ci illər arası turizmin inkişaf etdirilməsi haqda dövlət proqrammı çərçivəsində yaradılacaq. Kojaqapanov qeyd edib ki, turizm polisi təkcə ölkəyə gələn əcnəbiləri qorumayacaq, həm də yerli qızları əcnəbilərdən qoruyacaq. "Ölkəmizi əxlaqsız istəklərini gerçəkləşdirmək üçün istifadə etmək istəyən əcnəbilərin istənilən cəhdinin qarşısı dərhal alınacaq və belə işlər törədənlər ölkə qanunvericiliyinə əsasən ölkədən deportasiya ediləcəklər. Turizm polisinin əsas işlərindən biri də bu olacaq" - deyə mədəniyyət nazirinin müavini bildirib. Qazaxıstanda turizm polisi yaratmaq ideyası keçən ilin avqust ayında Alma-Atı bölgəsindəki Kapal kəndində turistlərin yerli əhaliyə hücumundan sonra yaranıb. Həmin turist ekspediyasının üzvləri arasında təkcə xaricilər yox, qazaxlar da olub. Sentyabr ayında Qazaxıstanın Mədəniyyət və İdman Naziri Arıstanbek Muhamediulı demişdi ki, ölkəni turistlərə cəlbedici etmək üçün turizm polisinə ehtiyac var. Qeyd edək ki, keçən il Özbəkistan, Tacikistan və Qırğızıstan turizm polisi yaradıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun