Müsavat Partiyasının da mitinqinə razılıq verilmədi

Müsavat Partiyasının da mitinqinə razılıq verilmədi
4 Aprel 2019
Mətni dəyiş

Bakı Şəhər İcra Hakimiyyəti  (BŞİH) Müsavat Partiyasının 7 apreldə keçirmək istədiyi yürüş-mitinqlə bağlı müraciətinə cavab verib.

BŞİH-i Müsavatın aprelin 7-də kütləvi aksiya keçirməklə bağlı müraciətinə bu gün axşam saatlarında cavab verib. Paytaxt rəhbərliiyi aksiyanın keçirilməsini məqsədəuyğun saymayıb.

Partiyanın mətbuat xidmətinin verdiyi məlumatda qeyd edilir ki, BŞİH aksiyanın kütləvi olacağından qorxduğu üçün, mitinqə icazə verməyib:

“Mitinq üçün istədiyimiz yerlərdən biri həmişə mitinqlərin keçirildiyi “Məhsul” stadionu idi. Tam əssasız bəhanə gətiriblər. Hakimiyyət ölkədə islahat apardığı barədə təbliğat aparır. Amma görünür, bu “islahat”da azadlıqlara, o cümlədən sərbəst toplaşmaq azadlığına yer yoxdur. Hakimiyyət aksiyamızım kütləvi olacağında qorxduğu üçün, mitinqlərə qoyulan qeyri-rəsmi qadağanı davam etdirir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun