Mançester Yunayted-Çelsi: Qalib müəyyənləşmədi

Mançester Yunayted-Çelsi: Qalib müəyyənləşmədi
29 Aprel 2019
Mətni dəyiş

İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub. Turun son matçında "Mançester Yunayted" və "Çelsi" klubları üz-üzə gəliblər. Çempionlar Liqasına vəsiqə baxımından önəm daşıyan görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran tərəflər meydanı sülhlə tərk ediblər. 28 aprel "Mançester Yunayted" - "Çelsi" - 1:1 Qollar: X. Mata, 11 (1:0), M. Alonso, 43 (1:1) Qeyd edək ki, bu nəticədən sonra "Çelsi" 68 xalla 4-cü, "Mançester Yunayted" isə 65 xalla 6-cıdır. Turnir cədvəlinə isə 92 xalla "Mançester Siti" başçılıq edir. İkinci pillədəki "Liverpul"un 91, 3-cü sıradakı "Tottenhem"in isə 70 xalı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun