İstanbul seçkisi yekunlaşdı: Ekrem İmamoğlu 'mazbata'nı aldı və vəzifəsinə başladı

İstanbul seçkisi yekunlaşdı: Ekrem İmamoğlu 'mazbata'nı aldı və vəzifəsinə başladı
17 Aprel 2019
Mətni dəyiş

Bu gün, aprelin 17-də Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyə (İBB) başqanlığına seçkilərin başa çatdığı elan olunub.

Bu barədə Türkiyənın ana müxalifət partiyasının parlamentdəki qrup rəhbəri, deputat Özgür Özel məlumat yayıb.

Deputatın sözlərinə görə, Yüksək Seçim Komissiyası müxalifətin əsas namizədi (CHP və İYİ Partiyanın) Ekrem İmamoğlunun qələbəsini elan edib və mandatının təqdim olunması üçün İstanbul Ədliyyəsinə dəvət edib.

Ekrem İmamoglu 'Facebook' səhifəsində canlı yayımda "16 Milyon İstanbullunun mazbatasını alıyorum" sözlərini yazıb.

Türkiyə vaxtı ilə saat 18:00-da İmamoğlu "mazbata"sını aldı və İstanbul Böyükşəhər Bələdiyyəsi binasına getdi. Bələdiyyə binasında vəzifəsini təhvil alıb işinə başladığını bildirdi.

Aprelin 2-də, İstanbulda səslərin sayılmasından sorna prezident Recep Tayyip Erdoganın hakim partiyası - AKP etibarsız səslərin yenidən sayılmasını tələb etdi. Bu səslər sayılandan sonra hakim partiyanın namizədi - Binalı Yıldırımın səsləri artsa da qələbə üçün yetərli olmad.

Bundan sonra İstanbulun bir rayonu Maltəpədə səslərin yenidən sayılması üçün AKP şikayət verildi və səslər sayıldı. Bu dəfə də qələbə üçün yetərli səs əldə edilmədi.

Yekun olara hakim partiya şikayət verərək seçkilərin ləğv olunmasını tələb etdi. Amma Yüksək Seçim Komissiyası şikayəti rədd edərək İmamoğlunun seçildiyini elan etdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun