"Hamısını azad et" kampaniyası bütün gücü ilə davam edir

"Hamısını azad et" kampaniyası bütün gücü ilə davam edir
3 Aprel 2019
Mətni dəyiş
Sosial şəbəkələrdə siyasi məhbusların azad edilməsinə çağıran #hamısınıAZADet #freethemALL heştaqı altında yeni kampaniya başlayıb. Bu barədə kampaniyanın təşəbbüsçülərindən biri Rəsul Cəfərov Facebook səhifəsində yazıb. "Əsas məqsədimiz və çağırışımız dəyişməz olaraq qalır: siyasi məhbusların hamısı azadlığa buraxılsın!", - R.Cəfərov yazıb. O, istifadəçiləri kampaniyada fəal iştiraka çağırıb. Bunu qısa (30 saniyəyə qədər) videomüraciətlərlə çıxış etməklə, aprelin 2-də yayılacaq müraciətlərə (petisiyalara) imza atmaqla, kampaniyanın frame və posterlərini kütləvi şəkildə paylaşmaqla, kampaniyaya yeni insanların cəlb edilməsində iştirak etməklə, rəsmilərin sosial şəbəkələrdəki səhifələrinə çağırışlar yazmaqla etmək olar. Xatırladaq ki, hüquq-müdafiə təşkilatlarının siyahısına görə, 16 mart əfvindən sonra Azərbaycan həbsxanalarında 74-dən 87-dək siyasi məhbus qalır. "Azad et!" kampaniyasının birinci mərhələsi Novruz bayramı ərəfəsində keçirilib. Bayramla əlaqədar əfv sərəncamı ilə 52 siyasi məhbus azadlığa buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun