Essyen Afrika yığmasına çağırıldı

Essyen Afrika yığmasına çağırıldı
12 Aprel 2019
Mətni dəyiş

"Səbail"in futbolçusu Maykl Essyen mövsümün sonunda  Afrikaya gedəcək. Qana millisinin sabiq üzvü Afrika yığmasına çağırılıb.

37 yaşlı yarımmüdafiəçi Nigeriyanın Akunvunmi ştatının qubernatorunun şərəfinə həsr olunan qarşılaşmada iştirak edəcək. Görüş mayın 18-də keçiriləcək. Essyenin yer aldığı Afrika yığmasında Didye Droqba, Corc Vea, Samuel Eto kimi ulduz futbolçular da çıxış edəcək. Onların rəqibi isə Nigeriya millisinin sabiq futbolçuları olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun