Dörd rayonunun icra başçısı işdən azad edilib, bir-birinin yerlərinə təyin olunublar

Dörd rayonunun icra başçısı işdən azad edilib, bir-birinin yerlərinə təyin olunublar
5 Aprel 2019
Mətni dəyiş
Azərbaycan prezidenti İlham Əliyev bu gün Məhərrəm Quliyevin Ağstafa rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. O, Goranboy rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Goranboy rayonunun keçmiş icra başçısı Nizaməddin Quliyev isə Ağstafa rayonunun icra başçısı vəzifəsinə keçirilib. Prezident həmçinin Novruz Novruzovu Şabran rayon icra hakimiyyəti vəzifəsindən azad edərək, qonşu Siyəzən rayonunun icra başçısı vəzifəsinə təyin edib. Siyəzən rayonunun keçmiş icra başçısı Asif Hüseynov isə Şabran rayonunun icra başçısı təyin edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun