Daha bir məktəbdə aqressiya halı yaşanıb, şagird müəllim tərəfindən döyülüb

Daha bir məktəbdə aqressiya halı yaşanıb, şagird müəllim tərəfindən döyülüb
12 Aprel 2019
Mətni dəyiş
Qobusdanda şagird müəllim tərəfindən döyülüb və huşunu itirib. Səhiyyə Nazirliyindən bildirilib ki, şagird kəllə beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Qurumun məlumatına görə, hazırda onun müayinələri aparılır. Döyüldüyü deyilən yeniyetmənin Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbin şagirdi olduğu və hadisənin məktəbdə baş verdiyi bildirilir. Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov BBC News Azərbaycancaya bildirib ki, hazırda hadisə araşdırılır. Lakin, 321 nömrəli tam orta məktəbdən verilən məlumatda deyilənlər inkar edilib, məktəb rəsmisinin məlumatına görə, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. “Şagirdin halı pisləşdiyi üçün başı dəyib. Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib. Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib. Qeyd edək ki, şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib”. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun