Çin investorları Azərbaycana 800 milyon dollar sərmayə yatırır

Çin investorları Azərbaycana 800 milyon dollar sərmayə yatırır
25 Aprel 2019
Mətni dəyiş
Pekində keçiriləcək 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri $821 mln. dollar olan saziş imzalanıb. AzərTAC bildirib ki, Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına, "Azerbaijan Digital HUB" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına, Azərbaycan istehsalı şərab və digər spirtli içkilərin Çinə ixracına, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb. Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticarət tərəfdaşıdır. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində ölkənin payı 43 faiz təşkil edir. Çin investorları Azərbaycana 800 mln. dollardan çox sərmayə yatırıblar. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1 mlrd. 700 mln. dollar təşkil edir. "Bir kəmər, bir yol" forumunda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun