Azad Həsənov: “Narkotik maddəni cibimə polis əməkdaşı qoyub”

Azad Həsənov: “Narkotik maddəni cibimə polis əməkdaşı qoyub”
10 Aprel 2019
Mətni dəyiş

Aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun işi üzrə iclas davam edib.

O, 2018-ci ilin oktyabrında Litvadan qayıtdıqdan dərhal sonra saxlanılıb. 4 il Litvada siyasi mühacirətdə olan A.Həsənov Azərbaycan CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunub.

Turan-ən məlumatına görə, iclasın əvvəlində məlum olub ki, A.Həsənova dövlət hesabına vəkil verilib. Ancaq A.Həsənov vəkilə ehtiyacının olmadığını deyib və onun xidmətlərindən imtina edib.

Sonra prosesdə müdafiə tərəfinin vəsatətilə Bakı Baş Polis İdarəsinin əməkdaşı Elvin Kazımov təkrar dindirilib.

Vəkil Osman Kazımov ondan A.Həsənovun narkoticarətlə məşğul olması barədə operativ informasiyanı kimdən və nə zaman aldığını soruşub. Polis informasiya mənbəyinin gizli saxlanmasının vacibliyinə istinad edərək cavab verməkdən imtina edib.

"Belə olduğu halda vəkil informasiya mənbəyinin gizli saxlanması üçün iclasın qapalı rejimdə keçirilməsini təklif edib. Lakin prokuror bunun əleyhinə olub və məhkəmə vəsatəti təmin etməyib. A.Həsənov etiraz edib, deyib ki, narkotik maddəni onun cibinə məhz Elvin Kazımov qoyub".

Digər polis əməkdaşı Naib Ömərov vəkilin suallarını cavablandırarkən deyib ki, o, operativ qrupun rəhbəri olmayıb və A.Həsənov haqda informasiyanın haradan daxil olduğunu bilmir.

Növbəti məhkəmə iclası 23 aprel saat 11:00-da olacaq.

Hüquq müdafiəçiləri A.Həsənovu siyasi məhbus kimi tanıyıblar.

[embed]https://www.facebook.com/Arqument/videos/430936804328572/[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun