Azərbaycan Avropa məhkəməsinə ən çox şikayət yollanan ölkələr arasındadır

Azərbaycan Avropa məhkəməsinə ən çox şikayət yollanan ölkələr arasındadır
1 Aprel 2019
Mətni dəyiş
Avropa İnsan Hüquqları məhkəməsi ötən illə bağlı hesabatını yayıb. Ötən il bu ölkəyə müxtəlif Avropa ölkələrindən, həmçinin Azərbaycandan 56 mindən çox şikayət göndərilib. Azərbaycanın AİHM-nin yurisdiksiyasına 2002-ci il aprelin 15-dən qoşulub. Bundan sonra yerli məhkəmələrdə ədalətsiz qərarlarla üzləşən vətəndaşlar AİHM-ə üz tutublar. AİHM-nin 2018-ci ilə dair yaydığı hesabatda deyilir ki, məhkəmə baxışına çıxarılacaq 56 000 şikayətin 72 faizi altı ölkədən daxil olub. Şikayətlərin böyük qismi Rusiyanın payına düşür. Daha sonrakı yerlərdə Rumınya, Ukrayna, Türkiyə, İtalya və Azərbaycan qərarlaşıb. Beləliklə, Azərbaycan Avropa Məhkəməsinə ən çox şikayət olunan ölkələr sırasında 6-cı yerdə olub. Hazırda Azərbaycandan göndərilmiş 2050 (3,6 faiz) şikayət baxılmasını gözləyir. 2010-cu ildən başlayaraq Azərbaycandan AİHM-də baxılacaq işlərin sayında önəlmi artım (60 faiz) müşahidə olunub. Azərbaycanda daha çox hansı hüquqların basqı altında olmasını AİHM-nin qərarlarının analizindən görmək mümkündür. Məhkəmə 1959-2018-ci illərdə 21 000-dən çox qərar verib. Bu qərarların 157-si Azərbaycanla bağlı olub. Həmin qərarlara görə, Azərbaycanda ən çox pozulan hüquq ədalətli məhkəmə araşdırması hüququdur. Azərbaycandan göndərilən şikayətlərlə bağlı verilən qərarların 61-də bu hüququn pozuntusu tanınıb. AİHM Azərbaycana qarşı verdiyi 50-dən çox qərarda isə azadlıq və toxunulmazlıq hüququnun pozuntusunu aşkarlayıb. AİHM Azərbaycandan icraatına ən çox şikayəti 2017-ci ildə götürüb. Azərbaycanda daha çox pozulan hüquqlar sırasında mülkiyyət, birləşmək, toplaşmaq hüquqları da olub. AİHM Azərbaycanla bağlı qəbul etdiyi 157 qərarın 23-də seçki hüququnun pozuntusunu tanıyıb. Bu hüququn pozuntusuna görə Azərbaycandan sonrakı yerləri İtaliya və Türkiyə tutur. İtaliya əleyhinə çıxarılmış 17, Türkiyə əleyhinə çıxarlmış 11 qərarda seçki hüququnun pozulduğu qeyd olunub. Azərbaycan seçki hüququ pozuntusunun sayına görə, Avropa Şurasına üzv ölkələr arasında liderdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun