ATƏT-in media azadlığı ilə bağlı tədbirində Azərbaycandakı vəziyyət də müzakirə olunub [fotolar]

ATƏT-in media azadlığı ilə bağlı tədbirində Azərbaycandakı vəziyyət də müzakirə olunub [fotolar]
12 Aprel 2019
Mətni dəyiş

Bu gün, aprelin 12-də Avstriyanın paytaxtı Vyanada ATƏT-in media azadlığı üzrə nümayəndəliyi "Jurnalistlər təhlükə altında" adlı beynəlxalq konfrans təşkil edib.

Abzas-ın məlumatına görə, tədbirdə jurnalistlərə qarşı zorakılıq, zorakılığa hədələr əsas müzakirəsi olub.

Konfransı ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Desir açıb. O, ATƏT ölkələrini jurnalistlərin müdafiəsi və onlara qarşı zorakılığın dayandırılması üçün götürülmüş öhdəliklər çərçivəsində real addımlar atmağa çağırıb.

"Son 20 ildə dünyada 400 jurnalist öldürülüb və 80%-dən çox halda günahkarlar məsuliyyətə cəlb olunmayıb", - deyə Arlem Desir qeyd edib.

Jurnalistlərin müdafiəsi üçün xüsusi komitə yaradılır

ATƏT nümayəndəsi jurnalistlərə qarşı zorakılığın qarşısının alınması üçün ATƏT-in himayəsi altında xüsusi komitənin yaradılması təşəbbüsü irəli sürüb.

Komitəyə ATƏT ölkələri dövlət qurumlarının nümayəndələrinin və jurnalistlərin daxil olacağı təklif edilib. Bildirilir ki, komitə vəziyyətin monitorinqini həyata keçirməli, zorakılıq hallarının qarşısını almalı və jurnalistləri qorumalıdır.

Arlem Dezir bildirib ki, yaradılacaq qurumun əsas məqsədi jurnalistlərin hakimiyyət tərəfindən nəzarət olmadan sərbəst fəaliyyəti üçün şəraitin yaradılmaslıdır.

Konfransda Azərbaycanda həbsdə qalan, ölkədən çıxışına qadağa qoyulan və təzyiq altında olan jurnalistlər barədə də çıxışlar olub.

Həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı, jurnalist Leyla Mustafayeva  da tədbirdə çıxış edib. O bildirib ki, 2017-ci ilin mayında Tbilisidə həyat yoldaşının oğurlanmasının araşdırılması ilə bağlı irəliləyiş yoxdur.

"Hakimiyyət korrupsiyanın ifşa edilməsini bağışlaya bilmir"

"Hökumətin münasibət bildirmək üçün təhqiqatın başa çatmasını gözləməsi barədə Gürcüstanın baş nazirinin sözləri səmimi deyil. Bu yaxınlarda siyasi məhbuslar əfv edilib, ancaq Əfqanı buraxmayıblar. Bu, o deməkdir ki, hakimiyyət Azərbaycanda korrupsiyanın ifşa edilməsini ona bağışlaya bilmir".

Leyla Mustafayevanın sözlərinə görə, fəaliyyətləri ilə bağlı onlara həmişə hədə-qorxu gəliblər.

"Hələ 2011-ci ildə məni Bakıda polis məntəqəsinə apardılar və polisin narkodilerlərin fəaliyyətini araşdırmasına mane olmaqda ittiham etdilər. O vaxt Əfqan orduda korrupsiyanın araşdırılması ilə məşğul idi. Ona rüşvət təklif etdilər ki, bunu dayandırsın. O imtina etdikdə qohumlarına təzyiqlər başladı. Onun atası infarktdan öldü".

L.Mustafayeva bildirib ki, Azərbaycanda həbslər başlayanda ailə Gürcüstana köçməyə məcbul olub.

Azərbaycan hakimiyyətinin söz azadlığına əsl münasibəti

"Əfqan orada da Azərbaycandakı korrupsiya araşdırmalarını davam etdirib. Məhz həmin yazılardan sonra Əfqan oğurlanaraq Azərbaycana aparılıb və orada həbs edilib".

Jurnalist xanımın sözlərinə görə, Azərbaycanda tənqidçi mətbuat qalmayıb və Azərbaycanın müxalifətyönlü KİV-i hazırda xaricdən fəaliyyət göstərir, ancaq onlar ölkə daxilində hakimiyyət tərəfindən bloklanır.

L.Mustafayeva təəssüflə qeyd edib ki, Bakıdakı Qərb diplomatları belə siyasətə görə hakimiyyəti tənqid etmirlər:

"Keçmiş prezidentin abidəsinin üzərini yazanlardan birini bu yaxınlarda azadlığa buraxıblar, ancaq bir müsahibədə baş verənlərə görə peşman olmadığını bildirəndən sonra yenidən həbs ediblər. Azərbaycan hakimiyyətinin söz azadlığına əsl münasibəti, bax belədir".

Həmçinin, Azərbaycanda mətbuat azadlığı məsələsi və insan hüquqlarının hansı vəziyyət müzakirə olunub.

Tədbirdə Azərbaycandan media nümayəndələri - bloger Mehman Hüseynov, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, Əfqan Muxtarlının həyat yoldaşı, jurnalist Leyla Mustafayeva və digər şəxslər iştirak edib.

Məlumata görə, tədbirin nəticələri olaraq konfransın xüsusi yekun sənədinin qəbulu gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun