"Arsenal", "Benfika" və "Çelsi" qələbə qazandı

"Arsenal", "Benfika" və "Çelsi" qələbə qazandı
12 Aprel 2019
Mətni dəyiş

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

London "Arsenal"ı evdə "Napoli" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. İspaniyada bu ölkənin iki təmsilçisi - “Vilyarreal”la “Valensiya" üz-üzə gəlib. Bu matçda "Vilyarreal" 1:3 hesabı ilə uduzub.

Turnirin favoritlərindən sayılan "Çelsi" Çexiyada "Slaviya"nın qonağı olub və minimal hesabla qalib gəlib - 1:0.

“Benfika” isə səfərdə “Ayntraxt”dan üstün olub - 4:2.

Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.

Avropa Liqası

1/4 final, ilk oyunlar

11 aprel

23:00. “Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya) - 2:0 Qollar: A.Remzi, 15, L.Torreyra, 25 Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

23:00. “Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə)   - 0:1 Qol: Markos Alonso, 86 Baş hakim: Feliks Zvayer (Almaniya)

23:00. “Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya)  - 1:3 Qollar: Q.Quedes, 6 (0:1), S.Kazorla, 36-pen. (1:1), Vass, 90+1 (1:2), Quedes, 90+3 (1:3) Baş hakim: Maykl Oliver (İngiltərə)

23:00. “Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya) - 4:2 Qollar: J.Feliks, 21 (1:0), L.Joviç, 40 (1:1), J.Feliks, 43 (2:1), Dias, 50 (3:1), Feliks, 54 (4:1), Pasiensiya, 72 (4:2) Baş hakim: Antoni Teylor (İngiltərə)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun