10 milyonuncu azərbaycanlının şərəfinə atəşfəşanlıq keçiriləcək

10 milyonuncu azərbaycanlının şərəfinə atəşfəşanlıq keçiriləcək
7 Aprel 2019
Mətni dəyiş
Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə aprelin 7-də Bakının bütün rayonlarında agacəkmə aksiyası və saat 17:00-da bulvarında konsert proqramı keçiriləcək. Tədbirlər bu axşam saat 21:00-da böyük atəşfəşanlıqla davam edəcək. Xatırladaq ki, ölkənin 10 milyonuncu sakini dünən, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində  doğulub. Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan körpənin adını valideynləri Mehriban qoyublar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun