Xərçəngin ən ölümcül növləri, insanlar onları ciddi qəbul etmədiyi üçün inkişaf edə bilirmiş

Xərçəngin ən ölümcül növləri, insanlar onları ciddi qəbul etmədiyi üçün inkişaf edə bilirmiş
24 Mart 2019
Mətni dəyiş
Adət olunmamış yorğunluq, dil dolaşması, yaddaş və tarazlığı itirmək - alimlər deyirlər ki, bu simptomlar beyin xərçənginin yarandığını göstərə bilər. London Kral Kollecinin araşdırma qrupu beyin xərçəngi diaqnozu qoyulan onlarca xəstələri araşdıraraq bu xəstəliyin simptomlarını öyrənməyə çalışıblar. Araşdırma nəticələri "Plos One" biologiya dərgisində çap olunub. Analizlər göstərir ki, insanlar çox vaxt tarazlıqlarını, yaddaşlarını itirdiklərini hiss etmirlər, onlar bunu yaşlanma ya da yorğunluq və stresslə bağlayırlar. Bundan əlavə, sən demə ciddi xəstəliyi olan insanlar çox vaxt halları kəskinləşmədən həkimin qəbuluna gedəndə axmaq kimi görünəcəklərindən qorxurlar. Di gəl ki, müasir tibbin yüksək inkişafına baxmayaraq, beyin xərçəngi ən ölümcül xəstəliklərdən biridir. Bu xəstəlik zamanı pasiyentlərin yaşama şansı 40-20 faiz arasında olur, özü ən çoxu beş illik ömürləri olur. Araşdırma zamanı London Kral Kollecinin alimi Syuzan Skottun başçılığı ilə 39 beyin xərçəngi xəstəsi ya da xəstə yaxınından müsahibə alınıb. Bu xəstəlik diaqnozu qoyulanlar adətən zəif diqqət konsentrasiyası, baş ağrıları, fəallığın aşağı düşməsi, münasibətlərə, işə və hobbilərə marağın itirilməsi kimi simptomlarla üzləşirlər. Bəla orasındadır ki, xəstələr adətən bu simptomlara fikir vermirlər və həkimdən yardım istəmirlər. Xüsusilə yaşlı xəstələr bu halı yaşlanma ilə əlaqələndirirlər. Xəstələrdən biri deyir ki, "Mən günortaları naharlardan sonra yatmağa başladım və öz-özümə düşündüm ki, artıq yaşım 50-ni haqlayıb, bu normaldır". Sən demə, xəstələr hətta anormal simptomlara da fikir verməyiblər, əgər bu simptom tezcə keçibsə, həkimə müraciət etməyiblər. "Söhbət zamanı yüngülcə sərsəmlədiyimi hiss edirdim, ancaq bu bir-iki dəqiqədən çox çəkmirdi və keçirdi", - başqa bir xəstə danışır. [caption id="attachment_76032" align="aligncenter" width="1280"] Alimlər düşünür ki, xərçəng bütün növləri kimi, beyin xərçəngi də yeni başlayanda bilinərsə onun müalicə olunma şansı artır. Bununçün beynin ya da daxili orqanların vaxtaşırı maqnit rezonans (MR) cihazıyla yoxlanması lazımdır.[/caption] Həkimlər deyirlər ki, xəstələrin çoxu həkimə insult, zəif görmə, ağıl zəifliyi yaranandan sonra müraciət edirlər. Qalan xəstələr isə, dərdlərini həkimə yox, qohumlarına danışmağa üstünlük verirlər. "Biz əvvəldən də öyrənmişik ki, insanlar beyin xərçəngi diaqnozu qoyulana qədər bu xəstəliyin xeyli simptomunu hiss edirlər. Məsəlçün, yuxu, yaddaş, nitq, diqqət, tarazlıq, hissiyyat pozuntuları bu xəstəliyin əsas simptomlarıdır. Yeni araşdırmamızda isə biz daha mühüm bir şeyi aşkarladıq, xəstələr əksər hallarda vəziyyətin nə qədər ciddi olacağını dərk etmədən, simptomları epizodik, ötəri, kiçik dəyişikliklər hesab edirlər. Problem bizdədir ki, simptomların daha ciddi olmasını gözləyirik ki, həkimin yanına qaçaq" - Syuzan Skott deyir. Mərkəzi sinir sisteminə xas ən təhlükəli onkoloji xəstəlik qlioblastoma sayılır. Bu xəstəlik zamanı hüceyrələr nəhəng surətlə bölünüb artır. Statistikaya görə qlioblastoma zamanı xəstənin orta ömrü 14-14,5 aya qədər olur. Belə xəstələrin cəmi 5 faizi yeni müalicə metodları ilə 5 və daha çox il yaşaya bilir. Nyukasl Universiteti nəzdindəki neyroelmlər tədqiqatı institunun tədqiqatçısı Elizabet Stoll deyir ki, qlioblastoma çox çətin diaqnoz qoyulan xəstəlikdir. Özü də bu xəstəlik adətən məşhur adamların və siyasətçilərin tutulduğu xəstəlik imiş. Hər il beyin xərçəngindən dünyada 250 min insan ölür. Bu xəstəlik bütün xərçəng növlərinin cəmi 2 faizini təşkil edir. Qlioblastoma beyin xərçəngi növlərinin ən çox yayılanıdır. Bütün beyin şişlərinin 52 faizi qlioblastoma olur adətən. Həmçinin, qeyd etməliyik ki, bu xəstəliklə yaşaya bilənlərin sayı son 40 ildə 22,4 faizdən 35 faizə qədər yüksəlib. Çox hallarda qlioblastoma kişilərdə üzə çıxır, ancaq bunun səbəbi bilinmir. Xərçəng növlərinin çoxunun ortaya çıxma səbəbi də məlum deyil, bəzi hallarda bu genetik səbəblərdən doğa bilir. 2017-ci ildə dünyanın 20 institutundan olan 63 araşdırmaçı, 30 minə yaxın xəstənin məlumatlarını araşdıraraq belə nəticəyə gəliblər ki, insan DNT-sində qlioblastoma riski daşıyan 13 gün var. Bu araşdırmaların nəticəsində xəstələrin genlərini analiz edərək bu və ya digər xərçəng növlərinə tutulmaq risklərini öyrənmək mümkündür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun