Türkmən məktəblililəri prezidentin kitablarını almağa məcbur edilir

Türkmən məktəblililəri prezidentin kitablarını almağa məcbur edilir
28 Mart 2019
Mətni dəyiş
Türkmənistanın paytaxtı Aşqabad şəhərindəki 12, 48, 50, 54 və 160 saylı məktəbin şagirdlərinin üzərində Qurbanqulu Berdimuhammedovun kitablarını almaq məcburiyyəti qoyubulu. Bu haqda martın 27-də Azadlıq Radiosunun Türkmən bürosu xəbər yayıb. Jurnaslitin şagirdlərlə söhbərindən bəlli olub ki, belə kitabları 10 və 11-ci sinif şagirdlərinə almaq tələbi qoyulub. Həm də indi şagirdlər yaz tətilində olsalar belə onları məktəbə çağırıblar, bəzilərinin isə evlərinə zəng ediblər. Yuxarı sinif şagirdləri deyirlər ki, onlardan bu ktiabları alıb məktəbə hədiyyə etmək tələb olunur. Artıq şagirdlərin siyahısı və almalı olduqları əsərlərin siyahıları hazırlanıb. "May ayının 1-indən ölkənin bütün orta məktəblərində prezidentin kitablarının sərgisi keçiriləcək. Bu sərgilər çoxlu insanlar olan yerlərdə qurulacaq. Bu kitabları əldə etmək üçün isə məktəblər şagirdlərdən istifadə etməyə qərar verib. Məktəb direktorlarına yuxarıdan göstəriş gəlib" - deyə məktəblərin işçilərindən biri kimliyinin gizlədilməsi şərtiylə bu haqda danışıb. Berdimuhammədovun hər bir kitabının qiyməti təqribən 400 manatdır (114,5 dollar) bu da orta imkanlı türkmən ailəsi üçün elə də az pul deyil. Bunun üçün də valideynlərin çoxu məktəb rəhbərliyinə kitabı ala bilmədikləri ilə bağlı şikayətlər ediblər. Bəzi məktəblərdə uşaqlara icazə verilib ki, iki uşaq birləşib bir kitabı alsın. Amma tələb qoyulub ki, kitablar mayın 1-nə qədər alınıb məktəblərə təhvil verilsin. Xatırladaq ki, Türkmənistanın əvvəlki prezidenti Safarmurad Niyazov da kitab yazıb. Onun "Ruhnamə" adlanırdı və məktəblərdə bu kitabdan tələbələr imtahan verirdi. Ancaq Berdimuahammedov 40-a yaxın kitab yazıb. O bu kitabları 2007-ci ildə prezident olandan sonra yazmağa başlayıb. Dövlət başçısı bu yaxınlarda milli atlar haqda növbəti kitabını yazıb. Kitab türkmən cıdır oyunları bayramı zamanı xalqa hədiyyə kimi təqdim olunacaq. Türkmən məktəblərində pul yığmaq təcrübəsi geniş yayılıb. Ancaq son dövrlər ölkədəki maliyyə böhranı üzündən məktəb rəhbərləri pul yığmağı azaldıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun