Türkiyədə həbsxana ədəbiyyatı qızıl dövrünü yaşayır

Türkiyədə həbsxana ədəbiyyatı qızıl dövrünü yaşayır
27 Mart 2019
Mətni dəyiş

Amerikanın nüfuzlu qəzeti "Washington Post" Türkiyədə son dövr populyarlaşmağa başlamış "həbsxana ədəbiyyatı" haqda geniş bir məqalə yayımlayıb.

Məqalədə minlərlə müxalif fikirli insanın həbsi fonunda ədəbiyyatın sürətlə inkişafından bəhs olunur. "Abzas" həmin məqalənin tərcüməsini təqdim edir.

Qəzetdə, Türkiyədə həbsxana ədəbiyyatının köklü ənənəsi olduğu qeyd edilərkən xüsusilə son bir neçə ildə türk həbsxana ədəbiyyatının daha məhsuldar olduğuna diqqət çəkilir.

Washington Postun məqaləsinə görə, hökümət minlərlə müxalifi həbs etməsindən sonra son iki ildə hələ də həbsxanada olan ya da artıq həbsdən çıxmış şəxslər tərəfindən ən azı səkkiz kitab çap olunub.

Belə kitablardan ən məşhuru yazıçı Ahmet Altanın qələmə aldığı həbsxana gündəliyi "Dünyayı bir daha görməyəcəyəm" adlı kitabdır.

Ahmet Altan konstitusiya quruluşunu devirmək ittihamı ilə ağır həbs cəzası alıb və mövcud siyasi iqlim üzündən Türkiyədə həmişə kitablarını çap edən nəşriyyat onun həbsxana gündəliyini çap etməkdən imtina edib.

Nəticədə Ahmet Altan keçən həftə kitabının ölkədən kənarda, İngiltərədə çapına nail olub. Payızda isə Altanın kitabının Amerikada çap olunacağı gözlənilir.

[caption id="attachment_9209" align="aligncenter" width="849"] Ahmet Altan[/caption]

Altan həbsxanadan yazdığı məqalələri yeddi ay ərzində vəkili vasitəsilə bayıra göndərə bilib. O kitabının son bölümündə hökümətə müraciətlə yazır ki:

"Bəni həbs edə bilərsiniz, amma məni burada saxlaya bilməzsiniz. Çünki, hər yazıçı kimi mən də sehirliyəm. Bu divarların içindən asanlıqla keçə bilərəm".

Demirtaşın kitabı "Səhər" ölkədə ən çox oxunan həbsxana ədəbiyyatıdır

Həbsxanda HDP partiyasının keçmiş sədri Səlahəddin Demirtaş da kitab yazıb. Onun kitabı melanxolik qısa hekayələrdən ibarətdir. Kitabın adı "Səhər"dir.

Kitab tanınmış amerikan aktrisası Sarah Jessica Parkerin nəşriyyatı tərəfindən çap olunub. Demirtaşın kitabını Amerikada "Dawn" yəni "Sübh" adıyla tərcümə ediblər.

Tərcüməçi Maureen Freely "Washington Post" qəzetinə müsahibəsində deyib ki, "Türkiyədə müqaviməti qələmə almaq ənənəsinə paralel olaraq, bu əsərləri oxumaq da köklü bir adətdir".

Demirtaşın kitabı Türkiyədə 200 min nüsxədən çox satılıb. kitabın müəllifinin ABŞ-dakı ədəbiyyat agenti Amy Marie Spangler deyir ki, "Səhər" kitabını oxuyanların sayı əslində qat-qat çoxdur. Kitab mağazalarında kitabı tapmaq müşkülə çevrilib, kitab əldən-ələ gəzir daha çox oxucu kütləsinə çatıb.

Qəzet yazır ki, əsasən etnik kürdlərin və solçuların toplaşdığı HDP partiyasını həbsxanda olan altı üzvünün kitabı çıxıb. Məsəlçün, HDP rəhbərlərindən biri Gültan Kışanak hazrladığı sualları həbsxanda olan HDP üzvlərinə vəkilləri vasitəsilə göndərib müsahibələr alıb, sonra bu müsahibələri kitablar şəklində çap edib.

Pablo Neruda, Nazim Hikmət üçün kampaniya başladıbmış

"Washington Post" Türkiyədə yazılan həbsxana ədəbiyyatına xaricdən dəstəyin yaratdığı mübahisələrin yeni bir şey olmadığını qeyd edir. Məsəlçün, Nobel mükafatı almış, Çili şairi Pablo Neruda türk şairi Nazim Hikmət həbsdəykən onun azadlığa buraxılması üçün kampaniya başladıbmış.

Türkiyənin respublika kimi yaranmasından sonra demək olar ki, hər zaman qadın, kişi, kommunist, solçu, islamçı və kürt olan minlərlə həbsxanaya salınan yazıçının kitabları ölkədə ən çox satılan kitablar siyahısına düşüb.

Məsəlçün, Nazim Hikmət həbsdə olduğu 13 il ərzində onlarca əsər yazdı, Sevgi Soysalın həbsdə yazdığı "Yenişəhərdə bir günorta" adlı romanı 1974-cü ildə Orxan Kamal adına roman mükafatına layiq görülmüşdü, və yaxud 1983-cü ildə vəfat edən şair Nəcip Fazil Kısakürək-in həbsxanda yazdığı şeirlər toplusu çox məşhurdur.

[caption id="attachment_76114" align="aligncenter" width="700"] Yazıçı və jurnalist Kadri Gürsel həbsxana önündə xanımı ilə birlikdə.[/caption]

Türkiyənin məşhur həbsxanda yazarlarından biri də Kadri Gürseldir. Kadri Gürsel həbsxananın bufetindən aldığı dəftərlərə fikirlərini qeyd edə-edə bu işdə ustalaşır, həbsdən çıxandan sonra da gündəliklər yazmağa davam edir, axırda "Ben de sizin için üzgünüm" adlı həbsxana xatirələri çap olunur. Gürsel ölkədə mətbuat azadlığının get-gedə tamamilə boğulduğu bir ərəfədə jurnalist kimi fəaliyyətə davam etməklə bağlı düşüncələrini kitabında ifadə edir.

Kadri Gürsəl Türkiyədə 1980-ci il çevrilişindən sonra solçu bir gənc kimi həbsə atılır, daha sonra PKK terror təşkilatı tərəfindən bir aya yaxın girovluqda saxlanılıb. O təcrübələrini və xatirələrini gələcəkdə dəmir barmaqlıqların arxasına düşəcək jurnalistlərə tövsiyyələr kimi yazdığını deyir.

Gürsəlin qeydlərində deyilir ki, ən güclü məhkum sevdiyi şeylər üçün darıxmamağı bacaran məhkumdur. Əqli və fiziki olaraq həbsxanadan ən az təsirlə çıxmağın yolu əzablara dözüm həddini ən yuxarı ölçüyə qədər qaldırmaq, dəvətsiz düşüncələri beynindən qovmağı bacarmaqdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun