Türkiyə alman jurnalistləri ölkədən çıxarmaq istəyir: Almaniya XİN etiraz edir

Türkiyə alman jurnalistləri ölkədən çıxarmaq istəyir: Almaniya XİN etiraz edir
5 Mart 2019
Mətni dəyiş

Almaniya Xarici İşlər Nazirliyi, Türkiyədə çalışan alman jurnalistlərdən üçünün mətbuat kartının vaxtının uzadılması üçün müraciətinə rədd cavabı verilməsini tənqid edib. Türkiyə qanunlarına görə mətbuat kartı olmasa xarici jurnalistlərin ölkədə yaşamaq hüquqlarını itirir. Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi deyib ki, “jurnalistlərin mətbuat kartının tezliklə uzadılmasına ümüd edirik”.

Bu haqda alman "DeutschWelle" radiosu məlumat yayır. Xarici İşlər Nazirliyinin rəsmisi Maria Adebahr Berlində keçirdiyi mətbuat konfransında bildirib ki, “Üç jurnalistin mətbuat kartlarının vaxtının uzadılma müraciətinin rədd edilməsi anlaşılan deyil və Federal Hökümət bunu şiddətlə qınayır”.

Maria Adebahr Xarici İşlər Nazirliyinin nümayəndəsi Andreas Michaelisin Berlindəki Türkiyə Səfirliyiylə görüşdüyünü, Xarici İşlər Naziri Heiko Maasın Türkiyəli həmkarı Mevlut Çavuşoğluna zəng etdiyini söyləyib və Türk tərəfinin müraciətlərə reaksiya verəcəyinə ümid etdiyini bildirib.

Mətbuat azadlığının vacibliyindən bəhs edən dövlət rəsmisi, “Alman və avropalı jurnalistlər Türkiyədə işləyə bilməlidir” – deyib.

Xatırladaq ki, keçən həftə Türkiyə höküməti üç alman jurnalistin mətbuat kartıyla bağlı müraciətini rədd edib. Türkiyə qanunlarına görə mətbuat kartı olmasa xarici jurnalistlərin ölkədə yaşamaq hüququnu itirir.

Türkiyə höküməti Almaniyanın ikinci kanalı olan ZDF-in İstanbul bürosunun rəhbəri Jorg Brasenin, Tagesspiegel qəzetinin Türkiyə müxbiri Thomas Seibertin, NDR alman radio-kanalının işçisi Halil Gülbeyazın mətbuat kartları üçün müraciətlərini rədd edib. Jurnalistlər hələlik rədd cavabının səbəbini bilmir.

Ankaranın icazəsiylə verilən mətbuat kartları, xarici mətbuat üçün Türkiyədə işləyən jurnalistlərə ölkədə işləmək, yaşamaq, dövlət tədbirlərində iştirak etmək hüququ verir. Türkiyədə işləyən alman jurnalistlərin hardasa yarısının mətbuat kartlarının vaxtı bitsə də Türkiyə höküməti kartları  yeniləməkdən imtina edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun