Türk yazıçı:"Bəlkə də hökümət haqda artıq faşizm kəlməsini istifadə etməyə başlamalıyıq"

Türk yazıçı:"Bəlkə də hökümət haqda artıq faşizm kəlməsini istifadə etməyə başlamalıyıq"
29 Mart 2019
Mətni dəyiş
Türk yazıçısı və jurnalisti, keçmiş siyasi məhbus Aslı Erdoğan Türkiyədə 2009-cu ildə "Daş bina və başqaları" adlı romanının almanca çap olunması münasibətilə Frankfurta gedib və orda öz kitabının təqdimatında çıxış edib. O indi Türkiyədə siyasətlə çox da əlaqəsi olmayan vəkil və həkimlərin də təzyiq altına düşdüklərini dilə gərilib. 52 yaşlı yazıçı, jurnalist və yazıçılardan əlavə ölkədə heç medianın xəbəri olmadığı çoxlu sayda tələbənin də həbsə düşdüyündən danışıb. Aslı Erdoğan deyib ki, Türkiyədə höküməti tənqid edənlər "qeyri-insani" rəftarla üzləşirlər. "İndiki rejim haqda bəlkə də artıq faşizm kəlməsini istifadə etməyə başlamalıyıq" - deyə yazıçı bildirib. O başqa bir jurnalist və yazar Ahmet Altanın ömürlük həbs cəzası haqqında danışarkən bəyan edir ki: "Əvvəl elə bildim göz qorxutmağa çalışırlar, sonra gördüm həqiqətən də ağır hökmlər verirlər". Aslı Erdoğan həmçinin yazıçı və jurnalistlərin ictimaiyyətin gözləri önündə olduqları üçün, başqa məhkumlarla müqaisədə daha şanslı olduqlarını dilə gətirib. Aslı Erdoğan "Özgür Gündem" qəzetinin rəhbərlərindən biri kimi 2016-cı ilin avqust ayında həbs olunmuş "silahlı terror təşkilatına üzv" olmaq ittihamı ilə mühakimə edilmişdi. O, 4 ay yarım həbsdə qaldıqdan sonra ölkədən çıxmamaq şərtiylə azadlığa buraxılmış, 2017-ci ildə isə ölkədən çıxma azadlığı əldə etmişdi. Yazıçı ölkəni tərk edərək Almaniyada yaşayır, o burda sülh, mətbuat azadlığı və qadın haqqları ilə bağlı bir çox mükafata layiq görülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun