Tacik müxalifətçi rus və tacik hökümətini onu oğurladıqları üçün məhkəməyə verir

Tacik müxalifətçi rus və tacik hökümətini onu oğurladıqları üçün məhkəməyə verir
11 Mart 2019
Mətni dəyiş

Tacik müxalifətinin mühacirətdəki liderlərindən biri Şərafəddin Qadoyev tacik və rus hökümətini onun oğurlanaraq ölkəyə gətirilməsinə görə məhkəməyə vermək istəyir. Bu haqda o "Azadlıq" Radiosunun tacik xidmətinə müsahibəsində deyib.

Niderlandda siyasi sığınacaq almış Qadoyev fevralın 13-də Rusiya Təhlükəsizlik Şurasının yüksək vəzifəli məmurları ilə görüşmək üçün Moskvaya gedib fevralın orda rus polisi onu zorakılıq göstərərək oğurlayıb Düşənbəyə ekstradisiya edib. Bunun ardınca internetdə Qadoyevin tacik hüquq-mühafizə orqanları və öz qohumları ilə söhbət etdiyi videoları yayılıb. Bu videolarda o ölkəyə könüllü olaraq gəldiyini deyir. Tacikistanın Daxili İşlər Nazirliyi də öz növbəsində Qadoyevin səmimi peşmançılıq keçirərək ölkəyə qayıtdığını deyib. Tacik müxalifətinin birləşdiyi Tacik Milli Alyansı isə Qadoyevin Rusiyaya getməzdən öncə çəkdiyi başqa bir videonu yayıb. Bu videoda Qadoyev Rusiyada öldürüldüyü ya da oğurlandığı halda videonu yaymağı xaiş edir. O, videomüraciətində Rusiyadan Tacikistana ekstradisiya olunacağından ehtiyatlanır və könüllü olaraq ölkəsinə qayıtmaq istəmədiyini deyir.

Fevralın 28-i beynəlxalq hüquq müdafiəsi təşkilatı Amnesty International Tacikistan hökümətini Şərafəddin Qadoyevi azad etməyə çağırıb. Bundan öncə dörd hüquq müdafiəsi təşkilatı Rusiya və Tacikistanı müxalif lideri qeyri qanuni şəkildə oğurlayıb ölkəsinə qaytarmaqda və həbs etməkdə ittiham ediblər.

Mərkəzi Asiyanın mühacirlər Assosasiyası, "Mərkəzi Asiyada insan hüquqları" Assosasiyası, Human Rights Watch və Norveçin Heslinki komitəsi Qadoyevin dərhal azad olunması üçün tacik hökümətinə müraciət ediblər.

Hadisədən iki həftə sonra Tacikistan müxalifətçini azad edib. Şərafəddin Qadoyev Düşənbədən Frankfurta göndərilib.

Martın 7-də Qadoyev jurnalsitlərə müsahibə verib və Rusiya ilə Tacikistanı onun oğurluğunu təşkil etdikləri üçün beynəlxalq məhkəməyə verəcəyini bildirib. O oğurlanmasını beynəlxalq cinayət adlandırıb.

Onun sözlərinə görə Rusiya höküməti onu aldadaraq Moskvaya gətirib və zorakı yolla Tacikistana aparıb. Özü də, Rusiya və Tacikistanın əsas hədəfi o yox Tacik Milli Alyansının lideri Muhiddin Kəbiri imiş. Muhiddin Kəbiri də Avropada yaşayır, amma o Rusiya hökümətinin nümayəndələriylə görüşdən imtina edib.

Qadoyevin sözlərinə görə Rusiya höküməti onlarla əməkdaşlıq etmək niyyətlərini bildiriblər. Qadoyev isə Rusiya hökümətiylə görüşüb onları tacik hökümətinə təsir etməyə inandıra biləcəyini düşünürmüş.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun