Rusiya azərbaycanlıları öz kanallarını açıblar [video]

Rusiya azərbaycanlıları öz kanallarını açıblar [video]
2 Mart 2019
Mətni dəyiş

Rusiyada yaşayan azərbaycanlılar həmin ölkədə AZRU (azru.org) adında yeni telekanal açıblar.

Kanalın mətbuat üçün yaydığı bildirişdə deyilir ki, bu kanal 2018-ci ilin avqust ayında Rusiya Federasiyasında rəsmi qeydiyyatdan keçib.

AZRU kanalında Rusiyanın azərbaycanlı icması üçün gündəmdə olan xəbərlər, Azərbaycan və Rusiyadan olan son xəbərlər veriləcək.

Həmçinin, kanalın açıqlamasında deyilir ki, kanal xalq maliyyələşdirilməsi üsulu ilə özünü təmin edəcək.

[embed]https://www.youtube.com/watch?time_continue=168&v=juvDTRGDNWY[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun