Qlobal istiləşmə bir milyard insanı yoluxucu xəstəliklərlə üz-üzə qoyur

Elm adamları iqlim dəyişiklikliyi və hava hərarətinin mütəmadi yüksəlməsi üzündən 2080-ci ilə qədər 1 milyarddan çox insanın ağcaqanadlar vasitəsilə yayılan müxtəlif yoluxucu xəstəliklərə tutulacağıyla bağlı xəbərdarlıq edir.

ABŞ-da çıxan “Public Library of Science” dərgisində yayımlanan tədqiqatda deyilir ki, hava hərarətləri yüksəldikdə ağcaqanadlar vasitəsilə yayılan Zika, chikungunya qızdırması, deng qızdırması kimi xəstəliklərin artacağı gözlənilir. Alimlərin fikrincə hələ indidən bu cür xəstəliklər artmağa başlayıb, gələcəkdə isə belə xəstəliklərin ən çox Avropada və ABŞ, Orta Amerika, Şərqi Asiya, Şərqi Afrika və Kanda da artacağı proqnozlaşdırılıb.

Araşdırmaya görə, 2050-ci ilə qədər yarım milyard, 2080-ci ilə qədər isə ən çoxu bir milyard insan ilin hər ayında ağcaqanadların yaydığı xəstəliklərə yoluxma riski ilə üz-üzə qalacaq.

Dünya Sağlamlıq Təşkilatı hər il təqribən bir milyon insanın isitmə və bu kimi xəstəliklər nəticəsində dünyasını dəyişdiyini bildirir.