Qazaxıstanda xalq paytaxta Nursultan adı verilməsinə etiraz edir

Qazaxıstanda xalq paytaxta Nursultan adı verilməsinə etiraz edir
22 Mart 2019
Mətni dəyiş
Martın 22-də Qazaxıstan polisi Nursultan (keçmiş Astana şəhəri) və Alma-Atada icazəsiz mitinqi dağıdıb. Mitinqin təşkilatçıları müxalifətçilərdır, onlar demokratik islahatlar tələb edir və Qazaxıstan paytaxtının adının dəyişdirilib keçmiş prezident Nursultan Nazarbayevin adının qoyulmasına etiraz edirlər. Dünən Qazaxıstan müxalifətinin lideri, "Qazaxıstanda demokratik seçkilər" təşkilatının rəhbəri Muxtar Ablyazov etiraz əlaməti olaraq öz tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Müxalifət mitinq üçün Nursultan şəhərində "Şapaqat" ticarət mərkəzinin qarşısına toplaşıb. Polislər ticarət mərkəzini dövrəyə alıblar və hadisəni işıqlandırmağa gəlmiş jurnalistlərə siyasi tələblərini bildirən müxalif fəalları həbs etməyə başlayıb. Həbslər Novruş şənlikləri zamanı baş verib. Paytaxtın polis əməkdaşları əlində etiraz plakatı tutanlarla əlbəyaxa olub, onları saxlayaraq hadisə yerindən uzaqlaşdırıb. Etirazlar eyni zamanda Qazaxıstanın digər böyük şəhəri Alma-Atada da başlanıb və dərhal da polis tərəfindən dağıdılıb. Etirazlarda neçə nəfərin həbs olunduğu haqda hələlik dəqiq məlumat yoxdur. Nazarbaev martın 19-da qəfildən istefaya getdiyini elan edib. Amma o, Təhlükəsizlik Şurasının ömürlük sədri, həmçinin hakim Nur-Otan partiyasının sədridir. Palatanın yuxarı palatasının spikeri Qasım-Comərd Tokayev aralıq dövr prezidenti kimi and içib. Gələn ilin aprelində Qazaxıstanda prezident seçkisi keçirilməlidir. Tokayev elə həmin iclasda təklif edib ki, Astanaya Nursultan adı verilsin, parlament də təklifi dərhal dəstəkləyib. Prezidentin mətbuat xidməti martın 21-də bildirib ki, paytaxtın adı Nur-Sultan olacaq. Xalq Tokayevin bu təklifinə qarşı sosial şəbəkədə petisiya başlayıb. Petisiyanı 40 mindən çox qazax imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun