Ermənilər tərəfindən əsir götürülən azərbaycanlı ilə bağlı rəsmi məlumat yayıldı [yenilənib]

Ermənilər tərəfindən əsir götürülən azərbaycanlı ilə bağlı rəsmi məlumat yayıldı [yenilənib]
16 Mart 2019
Mətni dəyiş

Erməni hərbçiləri tərəfindən saxlanılan Azərbaycan vətəndaşı Elvin İbrahimovla bağlı Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Dövlət xidməti bildirib ki, 1986-cı il təvəllüdlü Elvin İbrahimov ruhi-əsəb xəstəsidir.

Rəsmi məlumatda deyilir ki, martın 16-na keçən gecə Azərbaycan sərhəddinin naməlum şəxs tərəfindən pozulması qeydə alınıb. Sonradan müəyyən edilib ki, sərhəd pozucusu Qazax rayonunun Yuxarı Salahlı kənd sakini Elvin Arif oğlu İbrahimovdur.

Mənbənin məlumatına görə, E.İbrahimov ruhi- əsəb xəstəsi, 2-ci qrup əlildir.

Araşdırma davam edir.

***

Erməni hərbçilər Qazax rayon sakini Elvin İbrahimovu saxlayıblar. Məlumatı 'Turan' agentliyi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin məlumatına görə, gecə saat 01:30-da Ermənistanın şimal-şərqində sərhəd zonasında gözə dəyən sərhəd pozucusu hərbçilərin tabe olmaq tələbinə məhəl qoymayıb. Sərhədçilər atəş açaraq onu ayağından yaralayıblar. O, tibb müəssisəsinə aparılıb.

Sənədlərə görə, həmin şəxs Azərbaycanın Qazax rayonunun sakini Elvin Arif oğlu İbrahimovdur (1986-cı ildə anadan olub). Ermənistan Milli Təhlükəsizlik Nazirliyi fakt üzrə cinayət işi qaldırıb.

Azərbaycan Hərbi Əsirlər və Girovlar üzrə Dövlət Komissiyası hələlik məlumatı şərh etmir. Qazax Rayon İcra Hakimiyyətində də məsələ ilə bağlı məlumat yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun