Müsavatçı gənclərin sədri məhkəmə zalından azadlığa buraxıldı [ilk açıqlama]

Müsavatçı gənclərin sədri məhkəmə zalından azadlığa buraxıldı [ilk açıqlama]
6 Mart 2019
Mətni dəyiş

Qaradağ Rayon Məhkəməsində hakim Fuad Huseynovun sədrliyi ilə Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli və digər iki nəfərə qarşı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Abzas xəbər verir ki, bu gün keçirilən məhkəmədə hakimlər qərar elan etmək üçün fasiləyə çıxıblar.

Fasilə gözlənildiyindən uzun çəkib. 3 saatlıq fasilədən sonra hakim qərarı elan edib. Əbülfəz Sadıqbəyliyə 1 il 11 ay şərti həbs cəzasi verilib.

Hökmə əsasən, Ə.Sadıqbəyli Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4 (dələduzluq) maddələrilə təqsirli bilinərək, 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.

Onun həbsdə saxlandığı 3 ay 15 günün hər günu iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulub. Ona görə də cəzasından 7 ay çıxılıb. Üzərində 1 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılan Ə.Sadıqbəyli məhkəmə zalından azadlığa buraxılıb.

Hökmə əsasən, digər iki təqsirləndirilən şəxsdən Ə.Sadıqbəylinin əmisi oğlu Asif Sadıqlıya da 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.

"Nikoil" bankın Qaradağ filialının əməkdaşı olmuş Kamran Abbasova qarşı ittihamlara isə xitam verilib. O əsasla ki, K.Abbasov bu işdəki zərərçəkən tərəflə (bankla) barışıb, 11 minlik ziyanı ödəyib. Ziyanın bir misli qədər də (daha 11 min manat) Dövlət Xəzinədarlıq Agentliyinə ödəyib ki, bu halda, şəxs bu halda, cinayət məsuliyyətindən azad edilə bilər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 320.1 (saxta sənəd hazırlama və ya istifadə etmə) maddəsilə də ittiham verilmişdi. Həmin ittiham üzrə məsuliyyətə cəlbetmə müddəti keçdiyinə görə hər üç şəxsin barəsində bu ittihama xitam verilib.

Hökmdə qeyd olunub ki,həm Ə.Sadıqbəyli, həm də əmisi oğlunun cəzasıyla əlaqədar onlara elektron nəzarət vasitələri (qolbaqlar) tətbiq olunsun.

Apellyasiya şikayəti veriləcək

Əbülfəz Sadiqbəyli bildirib ki, qərarı ədalətli saymır, aylardır heç bir əsas olmadan həbsdə saxlanılır, ona görə qərardan apellyasiya şikayəti veriləcək.

Gənclər təşkilatının sədri, məhkəmənin uzanmağının səbəblərindən də danışıb. Bildirib ki, həbs olunan vaxtı kimlər sifariş veribsə, onlardan qərarı gözlədiklərinə görə gecikib.

"Siyasi fəaliyyətimi də əlbəttə davam etdirəcəm, əgər ideyalarımız reallaşmayıbsa, dayanmaq olmaz "

***

Bu gün keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib və Əbülfəz Sadıqbəylini ona elan edilən ittiham üzrə təqsirli bilinməsini və barəsində 2,6 ay müddətinə azadlığın məhdudlaşdırılması hökmünün çıxarılmasını istəyib.

Vəkil Osman Kazımov bildirib ki, bu, Əbülfəz Sadıqbəylinin məhkəmə zalından azad olunması deməkdir.

Hakim müşavirəyə gedib, məhkəmənin hökmü nahar fasiləsindən sonra elan olunacaq.

Prosesdə Müsavat başqanı Arif Hacılı, partiyanın bir qrup təmsilçisi, jurnalistlər və Əbülfəz Sadıqbəylinin yaxınları iştirak edirlər.

İttihama əsasən, Əbülfəz Sadıqbəyli yol polisinə “Nikoyl” bankının krediti ilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib.

Müsvatçı gənc Cinayət Məcəlləsinin 178.2.4, və 320-ci maddələri ittiham olunur (dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etmək).

Əbülfəz Sadıqbəyli 2018-ci ilin noyabrında həbs edilib. Ayın 21-də Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Müsavat Partiyası bəyan edib ki, Əbülfəz Sadıqbəyli siyasi motivlərlə həbs olunub. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun