Saakaşvili öz partiyasının rəhbərliyindən gedib, rəhbərliyə yeni seçkilər keçirilməsini istəyir

Mixeil Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədri vəzifəsindən istefa etdi. Bu haqqda Mixeil Saakaşvili öz favebook profilində yazıb. Mixeil Saakaşvili Qriqol Vaşadzeyə simpatiyasının olduğunu ancaq yeni sədrin səsvermə yoluyla seçilməsini istəyib.

Bu haqda Saakaşvili öz facebook səhifəsində yaydığı videoda bildirib. O deyib ki, son seçkilər “Vahid Milli Hərəkat” üçün uğurlu olub və müxalifətin vahid namizədi Qriqol Vaşadze potesiyalını tam göstərə bilib.

Saakaşvili həmçinin yaydığı videoda özünə və partiyasına hökümət tərəfindən olan təzyiqləri dilə gətirib:

“İvanişvili məni ölkəyə buraxmamaq üçün hər şeyi elədi, bizim partiyamızın bəzi liderləri həbsdədir, David Kirkitadze həbs olundu, əlbəttə ki, bütün bunlar fəaliyyətimizi çətinləşdirib, ancaq bütün bunların öhdəsindən gəlmək üçün möhkəm olmalı və mübarizəni dayandırmadığımızı göstərməliyik” – deyə Saakaşvili bildirib.

2016-cı il keçirilən parlament seçkilərindən sonra VMH partiyasında qurultay keçirilməsiylə bağlı problem çıxmışdı. Bu problemlər zamanı “Avropalı Gürcüstan” partiyası VMH partiyasından ayrıldı. Bundan sonra VMH partiyası qurultay keçirərək Mixeil Saakaşvilini fəxri sədr seçdi.