Milli Şura aprelin 6-a, Müsavat 7-ə mitinq təyin etdi

Milli Şura aprelin 6-a, Müsavat 7-ə mitinq təyin etdi
28 Mart 2019
Mətni dəyiş

Nəvbəti həftəyə müxalifət qüvvələri - Demokratik Qüvvələrin Milli Şurası və Müsavat mitinqlə bağlı qərar verib.

Bu barədə Milli Şuranın rəhbəri Cəmil Həsənli məlumat verib. Onun sözlərinə görə, aksiya aprelin 6-na təyin edilib:

"Mitinqin başlıca tələbləri siyasi məhbusların azadlığı, korrupsiya yolu ilə ölkədən oğurlanmış vəsaitlərin geri qaytarılması və hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsindən ibarətdir".

Müsavat Partiyası isə aprel ayının 7-də mitinq təyin edib. Müsavat başqanının müavini Fərəc Kərimli bildirib ki, Müsavat Partiyası ötən həftə 7 aprel saat 15:00 da yürüş- mitinq keçirilməsi ilə əlaqədar qərar qəbul edib:

"Azərbaycanda azad toplaşma hüququnun, ardınca bütün hüquqlarımızın bərpası uğrunda mübarizəmiz sonadək davam edəcək", deyə partiya funksioneri bildirib.

Onun sözlərinə görə, Müsavat Partiyası mitinqlə bağlı 3 marşrut göstərib.

"Metronun “Azadlıq” stansiyasından “Dərnəgül” stansiyasınadək yürüş və mitinq, metronun “20 Yanvar” stansiyasından “Məhsul” stadionunadək yürüş və mitinq, metronun “Gənclik” stansiyasının çıxışı - Tofiq Bəhrəmov adına stadionun qarşısındakı meydanda mitinq".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun