Mehman Hüseynov nüfuzlu jurnalistika mükafatına əsas namizədlərdəndir

Mehman Hüseynov nüfuzlu jurnalistika mükafatına əsas namizədlərdəndir
29 Mart 2019
Mətni dəyiş

Bloger, keçmiş siyasi məhbus Mehman Hüseynov 'Index Awards 2019' beynəlxalq media mükafatının əsas namizədləri siyahısına düşüb.

Bu barədə mükafatı təsis edən "Index on Censorship" beynəlxalq jurnalist təşkilatı məlumat yayıb. Təşkilat bu nüfuzlu mükafatı hər il media sahəsində çalışan dünyanın müxtəlif ölkələrindən şəxslərə təqdim edilir.

Təşkilatın açıqlamasında bildirilir ki, M.Hüseynov mətbuat azadlığının pozulduğu Azərbaycanda jurnalist və hüquq müdafiəçisidir. O, korrupsiya və insan hüquqlarının pozulması əleyhinə reportajları ilə tanınır.

Mehman Hüseynov 400 iddiaçı arasında 16 nominantdan ibarət siyahıya düşüb.

Namizədlər arasında Əfqanıstan, Kamerun, Kolumbiya, Misir, Nigeriya, Səudiyyə Ərəbistanı, Serbiya, Türkiyə, Ukrayna və ABŞ nümayəndələri var.

Mehman Hüseynov 2017-ci ildə saxta böhtan ittihamı ilə mühakimə olunub və iki il həbs cəzasından sonra 2019-cu il martın 2-də azadlığa çıxıb.

Azadlığa çıxma ərəfəsində ona qarşı yeni cinayət işi açılıb, lakin ölkə daxilində və xaricdəki etirazlar nəticəsində ittihamlar ləğv olundu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun