Marneulidə mer vəzifəsinə iqtidar və müxalifətdən iki azərbaycanlı namizəddir

Marneulidə mer vəzifəsinə iqtidar və müxalifətdən iki azərbaycanlı namizəddir
26 Mart 2019
Mətni dəyiş

Gürcüstanın Marneuli icra başçılığına iki azərbaycanlı namizədliyini irəli sürüb.

Bunlardan birincisi 2016-cı ildə Marneuli rayonundan deputatlığa namizəd Əhməd İmamquliyevdir. Əhməd İmanquliyevin namizədliyini Avropalı Gürcüstan Partiyası irəli sürüb.

Marenuli merliyinə hakimiyyətdəki "Gürcü Arzusu" partiyasının namizədi Kvemo-Kartili qubernatorunun müavini Zaur Darğallıdır. Müxalif cəbhədə liderliyini qoruyan Əhməd İmamquliyev isə partiya lideri David Bakradze Marneulidə yerli ictimaiyyətə təqdim edib.

D.Bakradze Ə.İmamquliyevin Marneuli rayon icra başçısı vəzifəsinə ən layiqli namizəd olduğunu bildirib:

"Əhməd İmamquliyev vicdanlı insandır və ona inanmaq olar. Seçkilərdə iştirakımızın əsas məqsədi qələbədir. Hər bir seçki daha yaxşı yaşayışa nail olmaq üçün şansdır və biz bu şansdan istifadə etməliyik. Bunun üçün Marneulidəki namizədimiz qələbə üçün və daha yaxşı həyat üçün mübarizə aparacaq”.

Ə.İmamquliyev partiya rəhbərliyinə ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. O deyib ki, Marneuli rayonunun icra başçısı seçiləcəyi təqdirdə əmək haqqının 50%-ni xüsusi fonda köçürəcək və həmin məbləğ tələbələr üçün sərf olunacaq.

Tədbirdə Avropalı Gürcüstan Partiyasının digər lideri Qiqi Uqulava da iştirak edib. O, Ə.İmamquliyevə seçkilərdə uğurlar arzu edib.

Marneulidə icra başçısı vəzifəsinə aralıq seçkilər bu ilin mayında keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun