Gürcüstanda döyülən azərbaycanlı əsgərə görə iki hərbçi istintaqa cəlb olunub

Gürcüstanda döyülən azərbaycanlı əsgərə görə iki hərbçi istintaqa cəlb olunub
13 Mart 2019
Mətni dəyiş

Gürcüstan ordusunda xidmət edən azərbaycanlı əsgər Kazım Qəhrəmanov Krtsanisi hərbi hissəsində martın 9-da döyüldüyünü iddia edir. Onun şikayətindən sonra azərbaycanlı əsgərə qarşı zorakılıq göstərərək pul tələb edənlər Gürcüstan hərbi polisi tərəfindən müəyyən edilərək istintaqa cəlb olunub.

K.Qəhrəmanov deyib ki, pulun tələb olunmasına etiraz etdiyinə görə bir neçə nəfər tərəfindən martın 9-da serjantın gözü qarşısında döyülüb.

Azərbaycanlı hərbçi iki gün ərzində ona tibbi yardım göstərilmədiyini bildirib: "Bu gün ailəmlə əlaqə saxlamışam və hərbi hissədən evə gətirilmişəm".

K.Qəhrəmanov Marneuli rayon hərbi hissəsinə şikayətlə müraciət edib. O, tibbi müayinədən keçmək üçün xəstəxanaya çatdırılıb.

Gürcüstanda Krtsanisi hərbi hissəsində xidmət edən əsgər Kazım Qəhrəmanovun döyülməsi və ondan pulun tələb olunması faktı üzrə 2 hərbçi müəyyən olunaraq istintaqa cəlb olunub.

Bunun ardınca martın 12-si Kazım Qəhrəmanovu döyərək ondan pul tələb edən iki hərbçi müəyyən olunaraq istintaqa cəlb olunub - bunu Gürcüstanın Müdafiə Nazirliyinin Hərbi Polis Baş İdarəsinin rəis müavini İrakli Bazeraşvili keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, faktla bağlı operativ istintaq tədbirləri həyata keçirilib:

“Müəyyən olunub ki, mart ayının 9-da 2 hərbçi fiziki və psixoloji təzyiq göstərməklə bir neçə çağırışçıdan pul kartlarını tələb ediblər. Hazırda bütün günahkarların müəyyən olunması və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində hərbi polis əməkdaşları istintaq tədbirləri aparırlar”.

İ.Bazeraşvili qeyd edib ki, bütün günahkarlar qanun çərçivəsində ciddi formada cəzalandırılacaqlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun