Ermənistanda əsgərləri cəzalandırmaq üçün Qarabağa yollayırlar: əsgər anaları etiraz edir

Ermənistanda əsgərləri cəzalandırmaq üçün Qarabağa yollayırlar: əsgər anaları etiraz edir
24 Mart 2019
Mətni dəyiş
Ermənistanın Meğri şəhərində əsgər anaları hərbi hissədə baş vermiş iğtişaşa görə Meğri şəhər hökümət binasının önündə aksiya keçiriblər. Əsgərlərin qohumları Müdafiə Nazirliyinin hərbçiləri cəzalandırmaq üçün Dağlıq Qarabağa göndərmək qərarına etiraz edirlər. Əsgər analarından birinin "kavkaz-uzel" saytına verdiyi məlumata görə hərbi hissədə insident Qasparyan soyadlı zabitin üzündən baş verib. Belə ki, martın 17-də əsgərlərdən biri ona yaxınlaşıb və başqa rotaya keçmək istədiyini bildirib, bundan sonra hərbi hissədə münaqişə yaşanıb. Münaqişədən sonra əsgərlərlə zabitlər arasında yüzlərlə əsgər hərbi hissəni özbaşına tərk etmək istəyib. Hərbi hissə komandiri əsgərlərə geri qayıtmaq əmri verib və əsgərlər əmrə riayət ediblər. Bundan sonra əsgərlərlə birlikdə zabitlər də cəzalandırılıblar. "Həmin gün gecə yarısı əsgərləri sıraya düzüblər. Onların arasından 20 nəfəri seçiblər və hərbi paltarlarını cırıblar, telefonlarını əllərindən alıblar, Qafan rayonuna, hərbi polisə yollayıblar. Qafandan isə əsgərlərin bir hissəsi Qarabağa, Xankəndinə yollayıblar". - etiraz aksiyasında iştirak edən əsgər analarından biri deyib. "Bir əsgərə görə bütün hərbi-hissə ayağa qalxıb, yüzlərlə əsgər hərbi hissəni tərk edib. Yolda hərbi hissə komandiri onları qarşılayıb və hərbi hissəyə qayıtmaları üçün dilə tutub" - əsgər anası deyir. Əsgər anası onu da əlavə edib ki, baş verən insident haqda məlumatı oğlu Dağlıq Qarabağa göndəriləndən sonra xəbər tutub. Başqa bir əsgər anası isə deyir ki, özü hərbi hissəyə zəng edib və ona oğlunun hərbi hissədə olmadığını, Kafandakı hərbi polisə aparıla biləcəyini deyiblər. "Mən Gümrüdən Kafana getdim. Oğlum haqda maraqlandım. Məlum oldu ki, oğlum orda da yoxdur. Dedilər ki, ola bilsin onu Qarabağa yollayıblar" - ana jurnalistlərə danışıb. Əsgər anasının sözlərinə görə, komandir onun övladının dəqiq harda olduğunu deməyə borcludur. Əsgərlərin yaxınları hökümət binaları önündə etirazdan sonra Ermənistan Müdafiə Nazirliyinin binasına doğru gediblər, onlar orda vəziyyətlə bağlı etirazlarını bildiriblər. "Meğri şəhərindəki insident hərbi hissədə əsgərlərin nizamnaməyə ziddi hərəkətlər etməsindən irəli gəlir" - bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin təmsilçisi Arçrun Ovannisyan facebookdakı hesabında yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun