BDU-nun yeni təyin olunan rektoru kimdir?

BDU-nun yeni təyin olunan rektoru kimdir?
11 Mart 2019
Mətni dəyiş

Noyabr ayının 15-dən boş qalan Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyinat olub.

Prezident İlham Əliyev bununla bağlı martın 11-də sərəncam imzalayıb. 54 yaşlı Elçin Babayev fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Buna qədər Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olub.

Yeni rektor Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini vəzifəsində də çalışıb.

O, 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) məzunudur.

Ötən ilin noyabrında BDU-nun rektoru Abel Məhərrəmov tutduğu vəzifədən azad edilmişdi. O, 19 il bu ali təhsil müəssisəsinə rəhbərlik etmişdi. A.Məhərrəmov və oğlu barədə hakimiyyətə yaxın mediada korrupsiya və başqa ittihamlar yer almışdı.

Rektor əvəzi olaraq təhsil nazirinin müavini Firudin Qurbanov təhsil müəssisəsinə dekabrın sonlarından rəhbərlik edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun