Bakıda "Diqlas" ticarət mərkəzi yanır [video və fotolar]

Bakıda "Diqlas" ticarət mərkəzi yanır [video və fotolar]
26 Mart 2019
Mətni dəyiş

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verib.

Bu barədə martın 26-da Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

Müstəqil mənbələrin məlumatına görə, yanğın "Diqlas" ticarət mərkəzindən başlayıb. İlk öncə yanğın kiçik dönərxana obyektində başlayıb.

"Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürdüklərini deyib gediblər. Sonradan yanğın böyük miqyas alıb və ticarət mərkəzinin hər tərəfini əhatə edib".

Nazirliyin məlumatına görə, Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və s. təxirəsalınmaz tədbirlər görülür.

Nazirlik ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirir.

[embed]https://www.youtube.com/watch?v=joKJUPfYcag&list=PLe4kHantuWAnLGcwc2HOjQ1V-1brM6rcz&fbclid=IwAR0u0I1t9QQn2-2Hiok_XeuBAWqrUYu42w8dhvOSl6QONZJ-x_Uw7NVxZBw[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun