Andrey Tarkovskinin polaroidlə çəkdiyi unikal fotolar üzə çıxıb [fotolar]

Andrey Tarkovskinin polaroidlə çəkdiyi unikal fotolar üzə çıxıb [fotolar]
23 Mart 2019
Mətni dəyiş

Böyük sovet rejissoru Andrey Tarkovskinin filmdən başqa ədəbiyyat, musiqi və hətta fotoqrafiyayla da məşğul olduğu deyilir.

Belə ki, onun fotolar çəkdiyi əvvəldən bilinirdi, ancaq Tarkovskinin müasir stilli fotoaparat olan polaroidlə çəkdiyi fotolar indiyədək çox adama məlum deyildi.

Rejissorun polaroid fotolardan və yazılardan ibarət gündəliyi bu yaxınlarda ayrıca kitab kimi çap olunub.

1. Tarkovski polaroidlə şəkil çəkməyə 1970-ci illərin sonunda italyan rejissoru Mikelancelo Antonionidən ilhamlanıbmış. Antonioni uzun müddət polaroid fotolarından ibarət vizual gündəlik yazırdı.

2. Tarkovski Antonioninin apardığı gündəliyə bənzər bir gündəlik aparıb, orada öz ailəsini Vorobyov dağlarını, onun evinin yerləşdiyi Ryazan bölgəsindəki kəndlərin şəklini çəkib.

3. Onun "Stalker", "Solyaris", "Andrey Rublyov" kimi filmləri klassikə çevrilməsəydi, peşəkar fotoqrafiyayla məşğul olduğu ancaq dar çevrədə bilinəcəkdi.

4. Tarkovskinin istedadını və yaratmaq eşqini hətta ölümündən az əvvəl belə itirməməsi bu fotoları daha da qiymətli edir. Çünki, rejissor fotoqrafiya ilə 1986-cı ildə ölümündən 4-5 il əvvəl peşəkar məşğul olmağa başlayıb.

5. Tarkovskinin fotogündəlik aparması 1979-1984-cü illər arasına təsadüf olunur. Bu illər ərzində rejissor xərçəng xəstəliyi ilə mübarizə aparırdı və çoxlu ağrıları vardı. 

6. Bu fotoları unikal edən bir başqa fakt da rejissorun fotoları "Stalker" filmini çəkdiyi ərazilərdə çəkməsidir. Fotolarda Ryazan vilayətində, "Stalker" filmindəki tərk edilmiş zavodlar, sivilizasiyadan uzaq kəndlər əks olunub.

7. Fotolarda həmçinin Tarkovskinin Sovet İttifaqında keçirdiyi son aylar əks olunub. Məlumdur ki, rejissor Sovet İttifaqında yaradıcı azadlığının məhdudlaşdırılmasın etiraz edərək ölkədən getmişdi.

8. Növbəti fotolarda isə biz Tarkovskinin İtaliyada yenidən başlayan həyatını görürürk. Rejissor yaradıcılığını davam etdirmək üçün İtaliyaya mühacirət etmişdi.

9. Tarkovskinin ilk evliliyindən öz adını daşıyan bir oğlu olduğu da məlumdur. Bəzi fotolarda Tarkovskinin oğlu Andrey qarşımıza çıxır.

10.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun