Qarabağlı general vətəndaşlıqdan çıxarılıb - seçkidə iştirak edəcəyini demişdi

Qarabağlı general vətəndaşlıqdan çıxarılıb - seçkidə iştirak edəcəyini demişdi
26 Fevral 2019
Mətni dəyiş

Tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın müdafiə naziri olmuş, qarabağlı general Samvel Babayan yaxın günlərə qədər 2020-ci ildə "Dağlıq Qarabağda" keçiriləcək prezident seçkilərində iştirak edəcəyini deyirdi. Lakin bu gün, fevralın 26-sı günü məlum olub ki, onu "Dağlıq Qarabağ" vətəndaşlığından çıxarıblarmış. 

General Samvel Babayan Xankəndində doğulub, Qarabağ müharibəsinin iştirakçısı olub, 1995-1999-cu illər arası qondarma "Dağlıq Qarabağ Respublikası"nın hərbi komandanlığının rəhbəri və müdafiə naziri kimi çalışıb.

O, 2000-ci ildə o dövrkü Qarabağ "rəhbəri" Arkadiy Qukasyana sui-qəsd hazırlasa da sui-qəsd uğursuz alınıb. Buna görə o 14 illiyinə həbsə məhkum edilib, 4,5 il sonra əhv olunaraq azadlığa çıxıb.

2017-ci ildə, Ermənistanda Parlament seçkilərindən bir neçə gün öncə Babayan Gürcüstan ərazisindən Ermənistana qaçaqmalçılıq yoluyla "İqla" raketlərinin gətirilməsi ittihamı ilə yenidən, 6 illiyinə həbs olunub. Lakin, 2018-ci ildə Samvel Babayan məxməri inqilabdan sonra həbsdən azad edilib.

Ermənistanda və Qarabağda çoxlu tərəfdarı olan Babayanın "Sasna çrer" partiyası ilə alyans quracağı xəbərləri mediada yayılmağa başlasa da o özü bu xəbərləri təkzib etmişdi.

Tanınmamış "Dağlıq Qarabağ Respublikasın"ın vətəndaşlığından çıxarılmasından generalın özünün xəbəri olmayıb, bu haqda o sonradan.

"Sputnik" radiosuna müsahibə verən general "vətəndaşlığının bərpa olunması və qanunsuzluğun aradan qaldırılması" üçün artıq tanınmamış "Dağlı Qarabağ Respublikası" polisinə müraciət ünvanladığını deyib.

O əlavə edib ki, onun vətəndaşlıqdan çıxarılması Konstitusiyaya zidddir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun